Tabloid.az
Elariz: “Qapını təpiklədim, həyat yoldaşım açmadı”

Müğənni Elariz Məmmədoğlu ailəsi, həyat yoldaşı haqqında danışıb.
Sənətçi Tabloid.az-a açıqlamasında bildirib ki, xanımı ilə birgə övladlarına doğru-düzgün tərbiyə veriblər:
“Qadın böyük qüvvədir. Onların işi çox çətindir. Uşağı böyütmək, onun nazı ilə oynamaq, tərbiyə etmək çətindir. Övlad böyüdükdən, ərə gedəndən, evlənəndən sonra onların problemləri azalmır, əksinə. Qayğılar daha da çoxalır. Ümumiyyətlə, qadın olmaq özü çətindir. Mənim xanımım çox güclü şəxsiyyət olduğundan qızlarına gözəl tərbiyə verib. Mən də oğluma çox yaxşı tərbiyə vermişəm. Yəni övladlarımıza doğru-düzgün tərbiyə verə bilmişik.
Həyat yoldaşım gündə 5 dəfə namaz qılır. Ona deyirəm ki, ay balam, evin işini, nəvələri sənin üstünə atırlar, bunlar hamısı əziyyətdir axı. Bütün bunlarla yanaşı, vaxt tapıb, gedib, namaz da qılırsan. Hətta bir-iki dəfə əsəbiləşmişəm. Evə gəlmişəm, qapının zəngini basmışam, gözləmişəm, açmayıb. Əsəbiləşib qapını təpikləmişəm. Yaxud, zəng eləmişəm, telefona cavab verməyib. Sonra mənə deyib ki, bilmirsən, mənim namaz vaxtımdır?!”

-
MDB22:24
Putin onu vəzifələrindən azad etdi
-
Hadisə20:50
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salındı - Nə baş verib?
-
İdman20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Yeniləndi
-
İKT17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı
-
Nida Xəbər 16:08
Əliyevlə Paşinyanın Əbu-Dabi görüşü: Sülh sazişi imzalanacaq?