Tabloid.az
Mətanət Əliverdiyeva: “Təranə və Nazənin verilişimə gəlsələr...
Müğənni Təranə Qumral və həmkarı Nazənin arasında canlı yayımda baş verən qalmaqal hələ uzun müddət danışılacaq. Çünki, yerli şou-biznesdə belə biabırçı qalmaqal olmamışdı. Ərini Rəqsanə kimi gizlədən xanım müğənnilər olsa da, başqasının əri ilə yatdığı xəbəri yeni mövzu oldu. Yerli şou əhli də tabloid.az vasitəsi ilə məsələyə münasibətlərini bildirdilər.
Xalq artisti Nazpəri Dostəliyeva:
“Biabırçılıqdır! Belə adamları efirə çıxardıb, bu cür əcaib sözləri efirdə deməsinə imkan vermək olmaz. Çünki bütün müğənnilər gözdən düşür. Bütün müğənnilərə eyni cür yanaşırlar. Olmaz! Hər kəsin şəxsi həyatı şəxsi həyat olduğu üçün o insanın özünə aiddir. O xalqa lazım deyil. Bu ölkədə bütün müğənnilər hörmətsiz olurlar. İnanın mənim səmimiyyətimə, mən bir xanım kimi, bir qadın kimi, bir sənətkar kimi, bu xalqın bir xanımı kimi , bu torpağın bir övladı kimi Rövşanənin verilişində olanları tərbiyəsizlik kimi qiymətləndirirəm. Şəxsi həyatı işıqlandırmaq olmaz, istər yaxşı, istər pis tərəfdən. Məyus oldum. Mən Rövşanənin verilişlərinə baxıram. İstəməzdim müğənnilərimizin ağzından elə sözlər eşidim. Çox pis qiymətləndirirəm və çox heyfislənirəm”.
Xalq artisti Məleykə Əsədova:
“Mənə belə suallar verməyin. Mənə öz əsərlərimdən, sənətdən sual verin. Kim gündəmdə necə qalır... Mənə verməyin belə suallar. Mən qalmaqaldan qaçıram”.
Müğənni Nadir Qafarzadə:
“Yaxşı şəxsi həyatla gündəmə gəlmək normaldır. Yəni, tərbiyəvi, əxlaqi, nümunəvi... Bu əslində məktəbdir. Müğənninin gözəl ailəsi, tərbiyəli, nümunəvi ailəsi varsa, niyə onu nümayiş etdirməsin ki?! Əgər onun həyatı çirkabdırsa onu gizlətməlidir və yalnız oxumalıdır. Əgər onun həyatı çirkabla doludursa, çıxıb efirdən bu yazıq xalqa, hər şeyə inanan xalqa əxlaq dərsi keçməməlidir. Bu ən azından günah və alçaqlıqdır.
Aparıcı Mətanət Əliverdiyeva:
“Baş verənləri tərbiyəsizlik hesab edirəm. Ümumiyyətlə, qadın şəxsi həyatını o cür ortalığa qoymaz. Biabırçılıqdır. O, ona deyir sən mənim ərimlə gəzmisən. Bu ona cavab verir ki, 7 ərindən hansı biridir? Bununla nə qürur duyurlar? Əvvəla gəzibsə də, kənarda. Bu efirdə işlənən söz deyil axı. Onlar mənim verilişimə gəlsələr ikisini də biabır edərəm. Qadın o hərəkətləri ilə qürur duymaz. Əxlaqsızlıqdır! Bu nə sözdür? Qadına yaraşmaz belə bir şey. Ailəli, nəvəli, nəticəli insana yaraşmaz belə bir şey.
Müğənni Elmira Ələkbərzadə:
Mən belə şeylərdən uzağam. Məni belə şeylər maraqlandırmır. Mən olanlardan xəbərsizəm.
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq