“Eşq oğrusu” Minaya məhkəmə təhlükəsi yaratdı - Video
Bizi izləyin

Tabloid.az

“Eşq oğrusu” Minaya məhkəmə təhlükəsi yaratdı - Video

Müğənni Minadan "Eşq oğrusu"

Müğənni Minanın 5 ay öncə "Eşq oğrusu" mahnısına çəkdirdiyi klipi "Youtube" kanalına yüklənib.

Müğənni tabloid.az-a açıqlamasında klipin gec təqdim edilməsinin səbəblərini açıqladı:

"Bir prodakşın “Eşq oğrusu” mahnıma 5 ay əvvəl klip çəkdi. Amma yayımlaya bilmədik. Çünki Türkiyədən filmdə çəkilməyə təklif gəldi və işlərim yarımçıq qaldı. Türkiyəyə getməli oldum. Bu səbəbdən çalışdığım prodakşın ilə münasibətlərimdə problemlər yarandı. Məni məhkəməyə vermək istədilər. Çünki klipdən sonra mən mahnının və klipin reklamını aparmalı idi. Mən isə mədəni şəkildə məsələni yoluna qoymağa çalışdım. Çox sağ olsunlar hər şey yoluna düşdü".

Minanın saytımıza verdiyi geniş və maraqlı müsahibəni buradan oxuya bilərsiniz: http://tabloid.az/news/12558

Həmin klipi təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm