Qırmızı pomada ilə istənilən kişini başdan çıxarmaq mümkündür - Fotolar
Bizi izləyin

Tabloid.az

Qırmızı pomada ilə istənilən kişini başdan çıxarmaq mümkündür - Fotolar

Qırmızı pomada ilə istənilən kişini başdan çıxarmaq mümkündür

Pomada bir çox qadının əvəzolunmaz kosmetik vasitəsidir. Görəsən, imtina edə bilmədiyimiz pomadanın tarixi necə başlayıb? Gözəl görünmək, yoxsa başqa məqsədlər üçün istifadə edilib?

Al-qırmızı dodaq boyasının da, qara, qısa don və dikdaban ayaqqabılar kimi xüsusi tarixi var. Onun haqqında susmaq olmaz! Bu mövsüm dodaqlarda qırmızının şərab çalarları və daha soyuq effektli tonları hökm sürür.

Qədim Mesopotamiyalı qadınlar pomadanı icad edən və istifadə edən ilk insanlardır. Dodaqlarını rəngləmək üçün yarı qiymətli ləl-cəvahiratları üyüdərək istifadə edərdilər. Qədim misirlilər qarışdırdıqları müxtəlif bitki və heyvan yağlarını qırmızı güllə və dəmir oksidlə qarışdırıb dodaqlarına çəkirdilər. Lakin bu qarışıq pas qoxusu verirdi. Sonralar qarışıqdakı pas qoxusunu aradan qaldırmaq üçün təbii vasitələrdən istifadə edirdilər.

Qədim dövrlərdə qadınlar pomada olaraq rəngli gil, ya da gilas kimi meyvələrdən istifadə edərdilər. Bəzi turşulu bitkilərin suları da dodaqları rəngləmək məqsədi ilə istifadə edilib. Bu cür meyvələrin suları qanın dodaqlara toplanmasını təmin edərdi.

Qədim dövrlərdə yapon qadınlarına çox makiyajla cəmiyyətdə görünməyə icazə verilmirdi. Qadınlar makiyajlarında ağ və qara rənglərdən istifadə edirdilər. Orta əsrlərdə Papa qadağan etdiyi üçün qadınlar makiyaj etmirdilər. Dodaq boyası tarixdən bir neçə yüz il uzaqlaşdırılmış olsa da, sonradan yenidən istifadə edilməyə başlanır.

XVII əsrdə İngiltərədə parlament kişiləri qoruyan bir qanun çıxarmaq məcburiyyətində qalır. Toyda makiyajla gözəlləşən qadınları kişilər toydan sonra makiyajsız görüb bəyənmirdisə, onları boşayırdılar. Yəni, kosmetika nə qədər ailənin dağılmasına səbəb olurdu.

XVIII əsrdə pomada yalnız qadınlar deyil, kişilər arasında da son dərəcə məşhur olur. Fransız məhkəmə sistemində işləyən vəzifəli kişilər pomada düzəldir və bunu dodaqlarına sürtürdülər. Pomadanın bildiyimiz forması ilk dəfə 1915-ci ildə əldə olunub. Bir neçə il sonra qadınlarda gündəlik vərdiş halını alır və daimi istifadə olunmağa başlanır.

Колонка Жени Седого: как носить темную помаду

Tərkibi: pomadalar fərqli konsentrasiyalarda şamların, yağların və piqmentlerin qarışığıdır. Məsələn dodaqda uzun müddət qalması üçün bir pomadada yüksək miqdarda şam, az miqdarda yağ və yüksək nisbətdə piqment olur. Bunun əksi olaraq düz və kremli bir görünüş verən pomadada az şam və çox yağ olur. Pomadalarda müxtəlif şamların qarışığından: bal mumu, təbii bal mumu, Braziliya bal mumu (carnauba şamı), ozokerit şamı, lanolin şamı və digər sintetik şamlardan istifadə edilir.

Maraqlı faktlar

  • Fransa kraliçası Yekaterina Mediçi ilk dəfə pomadanı öz laboratoriyasında hazırlayıb və istehsalına başlayıb.
  • XIX əsrdə bəzi yerlərdə pomadadan yalnız əxlaqsız qadınlar istifadə edib.
  • Fransada pomadanı qadınlarla yanaşı kişilər də çəkib.
  • Kişilər ömürləri boyu 3 kq dan çox pomada udurlar. Necə? Əlbəttə ki, öpüşərək.
  • Bir qadın həyatı boyu təxminən 4-5 kiloqrama qədər pomadanı yalayaraq udur.
  • 1770-ci ildə İngilis Parlamenti pomada çəkən qadınların cadugərlik etdiklərini iddia edərək onu qadağan edən bir qanun çıxarır.
  • "Max Factor" 1930-cu ildə dodaq parladıcılarını kəşf edir.
  • Dodaq boyasının əsl rəngi yalnız dodaqlarında özünü göstərir. Onu sınağa çəkmək üçün ovcunun arxa tərəfinə çəkmək sadəcə olaraq mənasızdır.
  • Pomada - II Dünya Müharibəsindən sonra kino sənayesinin inkişafı ilə məşhurluğunu artırdı və makiyaj etmək qadınlar üçün adi qəbul edilməyə başlandı.
  • 1950-ci ildə amerikalı kimyagər Hazel Bishop dünyanın ilk yayılmayan, uzun müddət qalıcı pomadasını kəşf edir.
  • Qadınların 75% -i makiyajını qırmızı dodaq boyası olmadan təsəvvür etmirlər.
  • II Yelizavetanın tacqoyma mərasimi üçün məxsusi paltara uyğun olaraq qırmızı rəngli “The Balmoral Lipstick” buraxılıb.
  • Amerikanın ilk prezidenti Corc Vaşinqton təkcə parikini pudralamırdı, həm də dodaqlarını qırmızı pomada ilə boyayırdı.
  • Merlin Manro hər zaman "Rouge Diabolique Guerlain" (indi bu Kiss Kiss № 522) dodaq boyasından istifadə edirdi. Qırmızı rəngli pomadanı cazibədar aktrisa dodaqlarına 5 qat çəkirdi.
  • Dünyada dodaqlar üçün ən bahalı vəsaitin qiyməti 62000 dollardır. Bu qiymətlə "Kiss Kiss Gold" "Diamonds Guerlain" brendi öyünə bilər. Onun qutusu 18 karatlıq qızıldan hazırlanıb. Üstü isə brilyant və yaqut qaşlarla bəzədilib. O, əlbəttə, fərdi sifarişi ilə hazırlanır.

Məşhur qadınların qırmızı dodaq boyası haqqındakı fikirləri:

Reneta Litbinova: “Gözəl geyim almağa pul olmayanda, ən eleqant obrazı qara qələm ətək, ağ düyməli köynək, dikdabanla yaratmaq mümkündür. Üstəgəl saçlar çox təmiz, dəri qüsursuz, gözlər parıltılı, dodaqlar isə əlbəttə ki, qırmızı rəngə boyanmalıdır!”

Рената Литвинова

Qvinet Peltrou: “Gözəllik mənim üçün öz dərimdə özümü rahat hiss etməkdir. Yaxud da öldürücü al-qırmızı pomadanı çəkməkdir”.

Гвинет Пэлтроу

Kristina Aqilera: “Bilmirəm niyə, amma mən özümü qırmızı boyası çəkəndə daha yaxşı hiss edirəm. Yəqin ki, bu artıq bir növ asılılıqdır”.

Кристина Агилера

Qven Stefani: “Həyat yoldaşım dodaqlarda al-qırmızı rəngi çox bəyənir. Sevdiyim insanın mənə sadiq olması üçün, mən də öz növbəmdə bu rəngə sədaqətliyəm”.

Гвен Стефани

Şarliz Teron: “Mən qırmızı dodaq boyalarının yenidən dəbə minməsinə o qədər şadam ki... Heç bir rəng və parladıcı dodaqları qırmızı pomada qədər belə qəşəng göstərə bilmir!”

Шарлиз Терон

Yevalina Xromçenko: “Əgər qadın həm əlçatmaz görünmək istəyirsə, həm də diqqət cəlb etmək istəyirsə, ona sadəcə olaraq dodaqlarını qırmızı pomada ilə vurğulamaq qalır. Hamı sizə qibtə edəcək, lakin yaxınlaşmağa cürət etməyəcək”.

Elizabet Teylor: “Bir az iç, dodaqlarına parlaq qırmızı pomada çək və sən hazırsan”.

Sorğular:

Kosmetika mağazalarının məlumatına görə, alıcılar ən yaxşı trendi al-qırmızı dodaqlar, yəni qırmızı pomada hesab edirlər. İkinci yeri isə dumanlı göz makiyajı tutur.

Qırmızı pomada - dünyada ən çox alınan dekorativ kosmetika vasitəsidir.

Parlaq rənglər tutqun dodaq boyalarından daha yaxşı satılır. Qadınların qırmızı rəngə bəslədiyi ehtirası nəzərə alsaq, bu, heç təəccüblü deyil. Yeri gəlmişkən qeyd edim ki, 1930-cu illərdə qadınları depressiyadan məhz pomadalar çıxardı və onların əhval-ruhiyyəsini qaldırmağa nail oldu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm