Hadisə
Bakının mərkəzində sürət yarışı: 10-a yaxın maşın əzildi - Video
Gecə saatlarında paytaxtın Nəsimi rayonu ərazisində ağır yol qəzası baş verib.
Publika.az xəbər verir ki, Rəşid Behbudov küçəsində yüksək sürətlə hərəkət edən iki avtomobil sürücülərin idarəetməsindən çıxıb.
Bir-biri ilə ötüşən avtomobillər yol kənarındakı digər avtomobilləri əzərək yararsız hala salıb. Nəticədə 10-a yaxın avtomobilə ciddi ziyan dəyib.
Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirib ki, hadisə zamanı bir nəfər xəsarət alıb: “Bu gecə saat 00:54-də paytaxtın Nəsimi rayonu Rəşid Behbudov küçəsində doqquz nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Hadisəyə ilkin səbəb olaraq iki nəqliyyat vasitəsinin sürət yarışına çıxması göstərilir. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır”.
-
MDB23:05
Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
-
İdman23:00
7 qolun vurulduğu oyunda “Qarabağ” qalib gəldi
-
Magazin122:50
İçkimə nəsə qatmışdılar, həmin gecədən sonra... - Roza Zərgərlidən ETİRAF
-
İdman22:10
Messinin ilk müqaviləsi olan salfet hərracda bu qiymətə satıldı – FOTO
-
Hadisə21:10
Dəhşətli qətl: azərbaycanlı iş adamı oğlu tərəfindən döyülərək öldürüldü
-
Region21:00
Xameneinin bu kitabla bağlı dedikləri gülüşlə qarşılandı
-
Dünya20:30
Güllələnən baş nazirdən xəbər var
-
Hadisə20:00
Lerikdə dağ uçqunu: bir kəndin yolu bağlandı - FOTO