Gözətrafı qırışlara qarşı maskalar
Bizi izləyin

Tabloid.az

Gözətrafı qırışlara qarşı maskalar

Tabloid.az gözətrafı qırışları aradan qaldıran maska reseptlərini təqdim edir:

Tabloid.az gözətrafı qırışları aradan qaldıran maska reseptlərini təqdim edir:

Portağal maskası
Portağal
1 yumurta sarısı
1 x.q zeytun yagı
½ şirin portağal
1 çay qaşığı bal

Portağalın yarısının şirəsini sıxın.

Yumurta sarısını balla qarışdırın, portağal şirəsini və zeytun yağını əlavə edin.

Gözlərin ətrafında təmiz dəriyə hazır maskanı çəkin. 10-15 dəqiqə maskanı saxlayın, sonra sabundan istifadə etmədən ilıq suyla yuyun.

Banan maskası

½ yetişmiş banan
1 çay qaşığı qaymaq
1 çay qaşığı bitki yağlarının qaşığı

Bananı əzin, qaymağı və bitki yağını əlavə edin. Hamısını qarışdırın və gözlərin ətrafındakı dəriyə vurun.
15-20 dəqiqə maskanı saxlayın, sonra ilıq suyla yuyun.

Yerkökü maskası

1 kök
2 xörək qaşığı kartof nişastası
1 yumurta sarısı

Köku blenderdə xırdalayın və ya xırda sürtkəcdə sürtün. Yerkökü kütləsinə yumurta sarısını və kartof nişastasını əlavə edin. İstəkdən asılı olaraq, maskaya bitki yağı əlavə edin.

Hazır maskanı gözlərin ətrafina vurun. 20 dəqiqə saxlayın, sonra ilıq suyla yuyun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm