Tabloid.az
Ayan qızının üzünü niyə gizlədir? - Fotolar, Video
Qərbdə belə bir tendensiya var. Əgər məşhur bir şəxs, xüsusilə, bu aktyor və ya müğənnidirsə hamiləliyindən tutmuş uşaq dünyaya gəlməyinə kimi hər anı diqqət mərkəzində olur. Və onlar da bu maraqdan istifadə edib milyonlar qazanırlar. Məsələn, ilk hamiləlik şəklini bir jurnala satır, hamilə olarkən ilk dəfə müsahibəni ayrı bir telekanala verir və ya hamilə olarkən ilk dəfə hansısa verilişin qonağı olur.
Məsələn, dünya şöhrətli müğənni Şakira ilk dəfə hamilə olarkən bütün dünya turnesini və konsertlərini təxirə salsa da, Azərbaycanda verdiyi konserti təxirə salmamışdı. Məhz bu səbəbdən özündən əvvəl Rihanna, Cenifer Lopez kimi dünya şöhrətli müğənnilərin konsert verməsinə baxmayaraq, bütün dünya mətbuatı Şakiranın Bakıda “Kristal Holl”da verdiyi konsertdən yazırdılar. Konsertdən şəkillər bütün əcnəbi xəbər portallarının ana səhifəsini bəzəyirdi. Digər 2 müğənnidən isə bir cümlə belə yazan olmamışdı...
Ceniferin Bakı konserti qərb mətbuatının marağına səbəb olmasa da, o, uşaqlarının şəklindən ən çox pul qazanan məşhur kimi liderlər sırasındadır. Müğənni keçmiş həyat yoldaşı Mark Entoni ilə nikahından dünyaya gələn əkiz uşaqlarının şəklini “People” jurnalına 6 milyon dollara satıb. Ceniferə olan maraq o qədər çox olub ki, jurnalın həmin sayı 3 milyon tirajla satılıb.
ABŞ-ın Kaliforniya ştatında isə məşhurların uşaqlarının şəklini icazəsiz çəkmək qanunla məhdudlaşdırılıb. Əks təqdirdə həmin dərgi 10 min dollar cərimə ödəməlidir.
Bəzi məşhurlar isə məhkəmə qərarı ilə bu işin qarşısını alıb və uşağının şəklini icazəsiz çəkəni azadlıqdan məhrum etmə ilə cəzalandırır.
Yerli müğənnimiz Ayan Babakişiyeva da ana olandan sonra qızı Selenanın siması aydın görünən şəklini görən olmayıb. Müğənni 9 aydır ki, qızını bütün mediadan gizli saxlamağı bacarıb. Məlumdur ki, Ayan bunun müqabilində mətbuatdan milyon manatlıq müqavilə alacağını gözləmir. Deməli ya qızının gözə gəlməsindən narahatdır. Amma məsələ ondadır ki, inanclara görə, uşağın üzünü 40 günə kimi göstərmirlər.
Ayan xanıma "Qızının üzünü niyə gizlədir?" sualı ilə müraciət etsək də, sualımızı cavabsız buraxdı.
-
Magazin120:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Hadisə19:00
Sumqayıt qatarının şüşəsini sındıranlar müəyyən olundular
-
Hadisə18:40
Füzulidə YANĞIN: tüstüdən zəhərlənən var
-
Sosial18:00
Ən çox boşanan 2 bürc: onların 40 yaşdan sonra həyatları dəyişəcək
-
Nida Xəbər 17:05
Azərbaycanda vəzifəli şəxslər cinayət başında belə yaxalandılar - VİDEO
-
Sosial16:38
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
-
Cənubi Qafqaz16:21
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
-
Sosial15:46
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO