Tabloid.az
Rəngarəng qonaq otağı dəstləri - Fotolar
Rənglərdən, naxışlardan və əlvan rəngli mebellərdən xoşunuz gəlirsə, evinizi də zövqünüz çərçivəsində dekorasiyaya etmək istəyirsinizsə, bir neçə məqama diqqət yetirməyiniz lazımdır. Çünki məkanlarda çoxlu sayda rənglərdən gözəl mənzərə yaratmaq, bir-birinə yaxın və ya zidd bir-iki rənglə dekorasiya ilə müqayisədə daha çox diqqət istəyir. Nəticədə insanın gözünü yormayan, çox dağınıq və qarışıq görünməyən mühit yaratmaq tələb olunur.
Rəngli salon dekorasiyası edərkən bu rəngarəngliyi otağın hər tərəfində əks etdirmək yerinə, dəyişdirilməsi daha asan sahələrdə tətbiqiniz tövsiyə edilir. Çünki dekorasiyada çox cəsur rənglər sonradan peşmanlıq gətirə bilər. Bunlar divarlarda və böyük mebllərdə tətbiq edirlərsə, dəyişdirilməsi asan başa gəlmir.
Müasir və ya klassik dekorasiya stillərini tətbiq etsəniz də, divarların açıq rəngli olması daha yaxşıdır. Beləcə məkan geniş görünür, xoş və işıqlı atmosfer olur. Rəng tətbiqini başqa sahələrdə edə bilərsiniz. Məsələn, krem rəngi künc mebel dəstini çiçəkli, rəngli pərdələrlə uyğunlaşdıra bilərsiniz. Divan və kreslo üstünü isə rəngli dekorativ yastıq növləri doldurun.
Müasir dizayn rənglərindən olan çəhrayı ayaqlı lampa, balaca masa kimi parçalar da salonun canlı görünməsinə köməkçi olur. Rəngli salon dekorasiyası üçün arxa planın ağ olduğu salona sarı-narıncı tonlarında naxışlı divan qoyub yanına mavi rəngli şkaf qoya bilərsiniz. Divanın önünə narıncı, mavi, ağ, tünd çəhrayı, zolaqlı bir xalı sərərək maraqlı uyğunlaşdırma apara bilərsiniz.
Qonaq otağı qaranlıq və ya kiçikdirsə, tünd və parlaq rəngləri yalnız aksesuarlarda istifadə edin. Qonaq otağı genişdirsə, divarlarda isti, tünd rənglər istifadə edilə bilər.
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"
-
Sosial11:13
Hoteldə ölən 4 dost haqda ilginc faktlar: Prezident ev vermişdi
-
Dünya10:32
Ərdoğanın bu sözləri Yunanıstanda manşet oldu: Hər kəsin diqqəti ona yönəldi
-
Qoroskop09:42
Sevdiyini anında unudub yeni eşqə yelkən açan ÜÇ BÜRC
-
Nida Xəbər 09:36
Yağış, qar, dolu... - FAKTİKİ HAVA
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video