Tabloid.az
2014-cü ilin ən çox bəyənilən ətirləri – Fotolar
Çiçəkli, meyvəli, ya da ədviyyatlı... Bu il də fərqli brendlərin yeni ətirləriylə tanış olduq və bir çoxunu bəyənərək istifadə etdik. Bəs görəsən 2014-ün ən sevilən ətirləri hansıları olub?
Bütün dünyada bir çox qadını bihuş edən ilin ən gözəl və məşhur ətirlərini təqdim edirik:
"Marc Jacobs Daisy Dream"
Yazın ən çox sevilən qoxularından biri olan “Marc Jacobs Daisy Dream” çiçək və meyvə notalarına aşiq qadınları məst edəcək bir ətirdir. Armud, jasmin və kokosun möhtəşəm birləşməsindən yaranan ətir brendin ən məşhur qoxusu oldu.
"Tom Ford Velvet Orchid"
“Tom Ford”un bu seksual ətri çiçək və meyvə qoxularının qarışığından ibarətdir. Berqamot və naringi notalarıyla açılan ətir, türk gülü, bənövşəyi orxideya və jasminlə davam edir. Portağal çiçəyi, və vanil notalarıyla sona çatır. “Velvet Orchid”lə hamını başdan çıxarmaq mümkündür.
"Estee Lauder Modern Muse"
İlin ən çox satan qadın ətiri “Modern Muse” oldu. Çiçək notalarından yaranan zərif bir qoxudur. Jasmin, təzə zanbaq, sünbül və naringinin ekzotik qoxusuyla açılan ətirin orta notalarını vanil və müşk təşkil edir.
"Miss Dior Blooming Bouquet"
“Dior”un ən yeni ətiri “Bloomin Bouquet” yüngül, amma təsir edici bir qoxuya sahibdir. Bahar və yaz aylarında rahatlıqla istifadə edilə biləcək “Blooming Bouquet” çiçək notaları ilə yadda qalır. Ağ müşk və naringinin nəfis qoxularını dəbdəbəli şüşəsinə sığdıran “Blooming Bouquet” qadınları özünə cəlb etməyi bacardı.
"Giorgio Armani Si İntense"
“Giorgio Armani”nin bəyənilən qoxusu “Si” bu il həm şüşəsində, həm də qoxusunda dəyişiklik edilərək “Intense” adıyla yenidən satışa təqdim edildi. Gül və vanil notalarının birləşməsindən yaranan “Sİ Intense”də naringi, berqamot, gül və vanil kimi qoxuları da hiss etmək də mümkündür.
"Narciso Rodriguez Narciso"
Ətirin yaradıcısı məşhur moda dizaynçısı Narsiso Rodrigez onu seksual ətir olaraq təqdim edib.
Müşk və gül notalarından meydana gəlir. Sadə şüşə dizaynına baxmayaraq, olduqca təsirli bir qoxudur. Bu qoxunun qalıcılığı çox yüksəkdir.
"Dolce & Gabbana Dolce"
“Dolce Gabbana”nın bu il çıxardığı “Dolce” ağ çiçək notalarının hakim olduğu yumşaq və zərif bir qoxudur. Şüşəsinin dizaynı ilə də seçilən ətir papaya, ağ zanbaq, ağ su zanbağı, ağ nərgiz və müşk qoxusunun birləşməsindən meydana gəlib.
"Balenciaga Rosabotanica"
Cazibədar aktrisa Kiristen Stüartın reklam siması olduğu “Rosabotanica” gül qoxusu və ədviyyatlı notalardan meydana gəlir. Çox təsirli və xoş qoxusu var.
"Jo Malone Wood Sage & Sea Tam"
“Wood Sage & Sea Tam” təravət bəxş edən ətirləri sevənlər üçün əsl möcüzədir. Adaçayı, müşk və dəniz duzu kimi qoxuların birləşməsindən yaranan ətirin bədən losyonu və otaq qoxuları da var.
"Burberry My Burberry"
“Burberry”nin klasikləşmiş trençkotundan və Londonun yağışdan sonrakı ovsunlayıcı qoxu verən çiçək bağçalarından ilham alınaraq hazırlanan “My Burberry” 2014-cü ilin ən çox bəyənilən qoxularından biri oldu. Şam gülü, paçuli, berqamot kimi notaların birləşməsindən ibarət olan ətir kəskin qoxulardan xoşlananlar üçün idealdır.
Tabloid.az
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO