Xalq artisti “Azdrama”da dava saldı
Bizi izləyin

Tabloid.az

Xalq artisti “Azdrama”da dava saldı

Dünən Akademik Milli Dram Teatrında aktyorlarla direktor İsrafil İsrafilov arasında qalmaqal yaşanıb.

Dünən Akademik Milli Dram Teatrında aktyorlarla direktor İsrafil İsrafilov arasında qalmaqal yaşanıb.

Tabloid.az AzNews.az-a istinadən xəbər verir ki, qalmaqal İsrafil İsrafilovun ilin yekunlarına dair keçirdiyi iclasda baş verib. Belə ki, aktyorların bəziləri aktyorlarla iş prinsipinin direktor tərəfindən düzgün qurulmadığını, onlara qarşı hörmətsizlik edildiyini bildiriblər. Direktor bu iradların heç birini qəbul etmədiyini bildirdikdə isə tərəflər arasında mübahisə düşüb. Direktora ən kəskin reaksiyanı teatrın aktyoru, Xalq artisti İlham Əsgərov verib. Məlumata görə, İlham Əsgərov 5-6 aktyorun köməkliyi ilə sakitləşdirilib.

Xalq artisti İlham Əsgərov deyilənləri təsdiqləyib: İl ərzində iclas olmamışdı. Hər kəsi ayrı-ayrı çağırıb danışırdı. Biz də dedik ki, belə olmaz axı. Hamı bir yerdə olsun, dərdimizi deyək. İclasda aktyorlar narazılığını bildirdi. Biz dedik ki, 2015-ci ildə teatrda ciddi dəyişikliklər olsun, aktyorlara diqqət edilsin. Sözümüzü, dərdimizi dedik, ara qarışdı. Şərait belə gətirdi ki, hamı sözünü dedi. Gözləyirik ki, görək nə olacaq? O, teatrı idarə edə, baş çıxara bilmir. Çox insanlar var ki, bir-birini satırlar, satqın çıxırlar. Belə teatr olmaz ki. Kim harda nə istəyir, deyir. Mənsə birbaşa, camaatın içində deyirəm. Bu, bütün teatrın dərdidir”.

İ.Əsgərov əlavə edib ki, ən böyük bəla dərnək səviyyəsində olan aktyorların teatrda tamaşa hazırlamasıdır: “Elə adamlar gətirib ki, nə rejissorluqdan xəbəri var, nə də başqa şeydən. Öz aktyorlarımızı qoyub başqa yerdən aktyor gətirir. Tamaşalarımızı da görürsünüz, hansı səviyyədədir? Sonuncu tamaşa “Nadir Şah” idi. O nə idi? Hamı baxıb dəhşətə gəlir. Özləri tərifləyir, özləri də baxır. Tamaşa hazır olmadan təqdimatını verirlər. Qoymurlar ki, aktyor heyəti baxıb sözünü desin. Bu nə vaxta kimi belə olacaq? Akademik Milli Dram Teatrının tamaşalarının əksəriyyəti çox zəifdir. Dərdimiz böyükdür. Hər ildə 4-6 tamaşa hazırlayardıq. Bu gün teatrda tamaşa hazırlayan rejissorları heç kim tanımır. Dərnək səviyyəsindən də aşağı rejissor tamaşa qurur. Belə olmaz axı?. Biz dərdimizi dedik. Direktor isə bir söz demədi, pərt halda oturdu”.

Teatrın direktoru İsrafil İsrafilov isə baş verənlərin dava yox, adi fikir mübadiləsi olduğunu bildirib.

Onun sözlərinə görə, hər ilin sonunda görülən işlər mütləq kollektivlə müzakirə olunur və bu zaman hər bir aktyorun fikrləri dinlənilir: “Bu il də ilin sonunda geniş iclas keçirdik. Heç bir davadan söhbət gedə bilməz. Aktyorlar razı və narazı qaldıqları məsələləri qaldırdılar. Biz də onlara öz cavablarımızı verdik. Bu, normal iş prosesidir. Mən həmişə yeni ildə kollektivi təbrik edirəm. Bu mütləqdir. İlin sonunda nə olur? İnsanlar ilin sonunda görülən işlərə münasibət bildirir. Yeni ildə bizim kollektiv də başqaları kimi bir-birinə uğurlar arzu edir. İclasda arzu və təkliflərimizi bildiririk. Orda da arzu şəkilndə bir çıxışlar oldu. Biz də yığışıb ötən ilə nəzər saldıq, hansı tamaşalara quruluş verildi, hansı tamaşalar ölkədən kənarda nümayiş olundu və.s. Bizim üçün 2014-cü il uğurlu oldu. Hazırladığımız 11 tamaşadan 8-ni teatrın daxili imkanları hesabına etdik. Bu, böyük naliyyətdir. Teatrın tarixində heç vaxt belə şey olmayıb. Teatr son iki ildə 7 dəfə Beynəlxalq Teatr Festivalında olub. İlk dəfə olaraq biz İsveçə qastrola getdik. Bu, Azərbaycan teatrının ən böyük hadisəsidir. Heç vaxt teatrda əsərlərin quruluşu elmi-nəzəri səviyyədə tənzimlənməyib. Bu gün teatrda bir elmlər doktoru, fəlsəfə doktoru, 3 doktarant fəaliyyət göstərir. Bunlar nailiyyətdir”.

Direktor əlavə edib ki, bu ilin uğuru həm də Yunus Oğuzun dramaturq kimi teatra nəfəs gətirməsidir: “Böyük işlər çox görülür. Teatrda studiya fəlaiyyət göstərir. Maraqlı məşğələlər aparılır. 5 il bundan öncə biz onu arzu edə bilərdik. Mədəniyyət və Turizm Nazirliyi bununla bağlı bizə ciddi tapşırıqlar verir. Ədalət Vəliyev gəlib studiyanın işinə baxıb və çox da yüksək qiymətləndirib. 10 ay ərzində bunları görmək az iş deyil”.

Qeyd edək ki, dünən Akademik Milli Dram Teatrında ilin yekunlarına və təzə ildə görüləcək işlərlə bağlı iclas keçirilib. Aktyorların bəziləri aktyorlarla iş prinsipinin direktor tərəfindən düzgün qurulmadığını, onlara qarşı hörmətsizlik edildiyini bildiriblər. Direktor bu iradların heç birini qəbul etmədiyini bildirdikdə isə tərəflər arasında mübahisə düşüb. Direktora ən kəskin reaksiyanı teatrın aktyoru, Xalq artisti İlham Əsgərov verib. Məlumata görə, İlham Əsgərov 5-6 aktyorun köməkliyilə sakitləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm