Doğuşun konserti Xoşqədəmə hansı günləri xatırlatdı? - Fotolar
Bizi izləyin

Tabloid.az

Doğuşun konserti Xoşqədəmə hansı günləri xatırlatdı? - Fotolar

Xoşqədəm Doğuşun konserti haqqında nə dedi?

Yeni evlənən tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı və Doğuş artıq Almaniyadan Parisə gedirlər. Xoşqədəm xanımın yazdıqlarından məlum olur ki, Doğuş Münxendə möhtəşəm konsert proqramı ilə çıxış edib. Tabloid.az teleaparıcının konsert təəssüratlarını təqdim edir:

“Bu gün illər öncəni xatırladım. Böyük sənətkarlarımızın xarici ölkələrdəki konsertlərini... Necə səbirsizliklə gözləyirdik. O izdihamı gördükcə insan qürurlanırdı. 31 dekabrda o anları Münxendə yenidən yaşadım, yüzlərlə insanın konsert salonunun önündə qalması, Doğuşun her çıxışının alqışlarla qarşılanması bir sənətçi ücün böyük xoşbəxtlikdir. Qısası hər kəs öz cibindən pul verib bilet alıb konsertə gəlmişdi. Canım həyatım bu gün mən sənin adına sevindim, Allah bu səsi , bu sevgini səndən əsirgəməsin. Və bir daha əmin oldum ki, biz ikimiz də bir insaniq. İşimizi sevgiyle görürük. Sənin hər dəfə o mahnıları oxuduqca onları yaşaman ... Bax sevgi budur. Səninlə qürur duyuram! Sənə, ailəmizə uğur, xoşbəxtlik ili olsun, inşallah!”

Tabloid.az konsertdən və cütlüyün Rusiya, Almaniya səfərindən yaddaqalan fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm