Müğənni Roza Zərgərli artıq biznes ledidir
Bizi izləyin

Tabloid.az

Müğənni Roza Zərgərli artıq biznes ledidir

Müğənni Roza Zərgərli artıq biznes ledidir

2014-cü ili kifayət qədər məhsulda yola salam müğənni Roza Zərgərli 2015-ci ilə daha iri addımlarla irəliləyir.

Uzun müddətdir ki, müğənni “Ben production” adlı şirkət yaradıb. O, prodakşının ilk televiziya layihəsi olaraq ATV telekanalında “Bakı vaxtı ilə” verilişini təqdim edib.

2015-ci ilin ilk günü isə müğənni şirkətinin binasının açılışını edib. Roza Zərgərlinin direktor olduğu “Ben production” dünyada ən son istehsal olunan musiqi və səs yazma avadanlıqları ilə təchiz olunacaq. Yaxın günlərdə müğənni studiyanın təmtəraqlı açılışını edəcək.

Bütün bunlar azmış kimi, müğənni daha bir ağır yükün altına girib. “Bakı vaxtı ilə” verilişinin layihə rəhbəri olan Roza Zərgərli növbəti veriliş üzərində çalışır.

Tabloid.az-a açıqlamasında Roza xanım layihə haqqında müfəssəl məlumat verməsə də, teleməkanda şou verilişlərinə əsl rəqib olacaq bir veriliş üzərində çalışdığını gizlətmədi.

“Şou xarakterli verilişlər efirdə çoxdur. Demək olar ki, hər kanalın bir və ya bir neçə şou xarakterli verilişi var. Layihə rəhbəri olacağım bu veriliş isə səs-küylü bir layihə olacaq. Rəqabətin necə olduğunu bütün şou verilişləri hiss edəcək. Əvvəlcədən danışmaq mənə düşmür. Ona görə də, təfərrüatları demək istəmirəm. Həm də ideyalarımı oğurlaya bilərlər. Yaxın günlərdə hər kəs xəbər tutacaq”.

Qeyd edək ki, 2007-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Ben production” Bakıda bir neçə xarici ulduzların konsertini təşkil edib və saysız kliplər çəkib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm