Tabloid.az
Dərini soyuqdan qoruyan 3 möhtəşəm maska
Qış aylarında dərini, xüsusilə də üz və əl dərisini qorumaq lazımdır. Çünki soyuq hava üz dərisini qurudur və yaşlanma prosesisini sürətləndirir. Ona görə də dərini bol nəmlə təmin etmək lazımdır.
Qış mövsümündə, xüsusilə də qarlı, şaxtalı günlərdə dərinizi qoruya bilərsiniz.
Tabloid.az sizin üçün 3 effektli maska reseptini təqdim edir:
Yulaf maskası:
Yulafla yumurta sarısını qarışdırıb içərisinə bir çay qaşığı bal əlavə edib təmiz dəriyə çəkin. 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyub salfetlə qurulayın. Bir anda dərinizin yumşaldığını və daha sağlam göründüyünü müşahidə edəcəksiniz.
Avakado maskası:
Bir avokadonu çəngəllə əzib, içərisinə bir çay qaşığı zeytun yağı əlavə edib qarışdırın. Bu qarışımı üzünüzə çəkib 20 dəqiqə gözləyib daha sonra ilıq su ilə təmizləyin. Maskanın tərkibindəki vitamin, mineral və yağlar dərinizi soyuq havanın mənfi təsirlərindən qoruyacaq.
Kefir maskası:
Təmiz dəriyə kefiri çəkib 15 dəqiqə gözləyin. Daha sonra üzünüzü ilıq su ilə yuyub salfetlə qurulayın. Kefirin tərkibindəki maddələr dərinizi mükəmməl şəkildə nəmləndirəcək və soyuğa dözümlülüyünü artıracaq.
Tabloid.az
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ