Ev dekorasiyasında etnik tərzi - Fotolar
Bizi izləyin

Tabloid.az

Ev dekorasiyasında etnik tərzi - Fotolar

Ev dekorasiyasında etnik tərzi

Ev dekorasiyasında etnik cərəyanın təsirini getdikcə daha çox hiss edirik. Xalçalar, pərdələr və yataq örtükləri ilə başlayan bu cərəyan fərqli etnik aksessuarlarla zənginləşir. Etnik ev dekorasiyası cərəyanı modernizmlə birlikdə qəribə mənzərə yaradır.

Afrika milli naxışları etnik dekorasiyada əvəzolunmazdır. Afrika səhralarının ilham verici heyvan kürkləri və naxışları ev dekoruna ekzotik, amma qəşəng atmosfer bəxş edir. Bu tərzi dəri ev aksessuarları ilə daha da möhkəmləndirə bilərsiniz. Dəri kreslolar, bəzək aksessuarı, hətta dəri örtüklü kreslolar etnik dekorasiyada əvəzolunmaz hesab olunur.

Son dövrdə çox dəbdə olan buynuzlar da müasir etnik ev dekorasiyasının əsas detallarıdır.

Etnik deyiləndə ağlınıza Mərakeş gəlirsə, dərhal örtük alış-verişinə çıxın. Naxışları və canlı rəngləri bir arada istifadə etdikdə nəticə gözlənilədən daha çox gözəl olacaq.

Taxta və bambuk mebel və aksessuarlara evinizdə daha çox yer verməlisiniz. Əgər bu tərzi sevirsinizsə, əntiq mağazaları gəzin. Ətniq mebellər satan mağazalarda axtardığınızı asanlıqla tapa bilərsiniz. Etnik dekorasiyaya töhfə verəcək tablolar da evinizdə bu stili yaratmağa yardım edəcək.

Etnik naxışlı parçaları pərdə kimi istifadə etməklə yanaşı, divarlardan da asa bilərsiniz. Bu obraz xoşunuza gəlməsə, palaz heç pis fikir deyil.

Tabloid.az etnik dekorasiyaya aid bir neçə nümunə toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm