Vüsalənin yeni iş yeri bəlli oldu
Bizi izləyin

Tabloid.az

Vüsalənin yeni iş yeri bəlli oldu

Ötən həftə “Space” telekanalından ayrılması xəbəri yayılan “Günaydın” verilişinin aprıcısı Vüsalə Kərimovanın yeni iş yeri bəlli olub. Məlum olub ki, aparıcı yenidən adıçəkilən proqramın aparıcısı olacaq. Bu haqda Vüsalə Kərimova tabloid.az-a açıqlama ve

Ötən həftə “Space” telekanalından ayrılması xəbəri yayılan “Günaydın” verilişinin aprıcısı Vüsalə Kərimovanın yeni iş yeri bəlli olub. Məlum olub ki, aparıcı yenidən adıçəkilən proqramın aparıcısı olacaq. Bu haqda Vüsalə Kərimova tabloid.az-a açıqlamasında danışıb.

“Verilişə yenidən qayıtmağım “Space” telekanalının rəhbərliyinin qərarı idi. Əslində hər işdə bir xeyir var. Bu bir neçə gün verilişdən ayrılma xəbərim mənə bəzi insanları sözün əsl mənasında tanımağıma yardımçı oldu. Kim məni istəyir, kim yox bunu bilməyimə köməkçi oldu. Ən əsası özümü bir daha tanıdım”.

Vüsalə xanım verilişə qayıtmasının Xatirə İslamın bu işdə adının hallanmasına görə ola bilməsi məsələsinə də aydınlıq gətirdi:

“Xatirə heç vaxt mənim üçün müzakirə mövzusu olmayıb, olmayacaq da. Mən jurnalistikaya kiminsə acığına görə gəlməmişəm. Allah verdiyi istedadı da yalnız Allah ala bilər, bu bəndə işi deyil”.

Qeyd edək ki, dünən tabloid.az aparıcının xarici görünüşündə dəyişiklik etməsi xəbərini verib. Aparıcı saçlarının rəngini və formasını dəyişib. Vüsalə Kərimovanın yeni fotolarını izləmək üçün linkə keçə bilərsiniz. http://tabloid.az/news/14823

Oxumağa davam et
Reklam
Reklam

Gündəm