Cavanlaşdıran təbii üsul
Bizi izləyin

Tabloid.az

Cavanlaşdıran təbii üsul

Cavanlaşdıran təbii üsul

Qızılbalıq botoksa ehtiyac qalmadan dərini cavanlaşdıra və 9 il əvvəlki halına geri qaytara bilir.

İtaliyadan sonra Türkiyəyə gələn qızılbalıq (somon) DNT-si (genetik kod) dərinin qocalması nəticəsində yaranan ləkələrə, sallanmalara və qırışlara qarşı ən təsirli üsul hesab olunur. Qızılbalıq yaşlanma əleyhinə təbii cavanlaşdırıcı xüsusiyyəti ilə tanınır. Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xüsusən, dekolteli, sinə və boyun bölgələrində təsirli olan qızılbalıq DNT-si cərrahi müdaxiləyə ehtiyac qalmadan dəri sallanmasının qarşısını alır.

Hətta stress, siqaret və günəş şüası kimi xarici amillərin nəticəsində qocalma prosesi sürətlənsə də, qızılbalıq DNT-si ilə üz dartma əməliyyatlarına ehtiyac qalmadan aradan qaldırmaq mümkündür. Bu balıq özündə dərini gəncləşdirən təbii maddələr ehtiva edir. Qızılbalıq DNT-sinin tətbiqi ağrısız həyata keçirildiyini qeyd edən estetik mütəxəssisi və Türkiyənin ilk gözəllik məsləhətçisi Rüzgar Şarkışlalı "Qızılbalıq DNT-sini gənclik peyvəndi ilə zamanı 9 il geriyə ala və üzdəki deformasiya və sallanmaları əməliyyatsız toplamaq mümkündür”,- deyib.

Botoksa gərək qalmadan dərini cavanlaşdıran qızılbalıq DNT-si qadınların ən böyük problemlərindən hesab edilən qaz ayaqlarını (gözətrafı nahiyədə yaranan qırış) yox edir və buxağın sallanmasının qarşısını alır, dərinin yenilənməsini təmin edir. Dəridəki hüceyrələrin özlərini yeniləmə və təmir etmə qabiliyyəti möcüzəvi üsul -qızılbalıq sayəsində geri qayıdır, yaşlanma əlamətləri aradan qalxır.

Təsadüfi deyil ki, yaşlanma əleyhinə ən çox üstünlük verilən üsullardan biri də qızılbalıq DNT-sidir. Qadınlar bu üsulu ilk növbədə təbii və təsirli üsul olduğu üçün seçməlidir. Məhz bu amillər bu cavanlaşma prosedurasının qadınlar üçün daha yaxşı üsul olduğuna zəmanət verə bilir. İtaliyadan sonra Türkiyəyə gələn üsul qaz ayaqları, buxaq, sinə, dekolteli bölgələrdə çox uğurlu nəticələr verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm