Tabloid.az
Paxlava - Resept
Tabloid.az paxlavanın reseptini təqdim edir:
İnqrediyentlər:
Qoz ləpəsi – 1½kq.
Kərə yağı – 500 qram
Yumurta – 2 ədəd
Un – 800 qram
Şəkər tozu – 1½kq.
Gülab – 200 qram
Zəfəran – 2 qram
Su – 600 qram
Xaş-xaş – 50 qram
Püstə (və ya badam) – 50 qram
Duz – zövqə görə
Hazırlanması:
Un, 2 yumurta sarısı, 100 qram yağ və bir çimdik duzdan xəmir yoğrulur. Bundan 10 kündə tutulur.
Qoz ləpəsinin qabığı soyulur (bunun üçün onu qaynar suya salmaq lazımdır), qurulanır, badam maşınından keçirilir və şəkər tozu ilə qarışdırılır. Qoz ilə şəkər eyni ölçüdə götürülür. İç 7 hissəyə bölünür. Tavaya yağ sürtülür. Bir kündə yayılıb tavanın içinə elə qoyulur ki, qıraqları tavanın divarlarını tutmuş olsun. Üstündən yağ çəkilir və ikinci kündə də yayılıb onun üstündən qoyulur və üstünə yağ çəkilir, onun üstündən iç tökülüb bir bərabərdə yayılır, bu minvalla 8 kündə yayılır və üstünə yağ çəkilib qoz səpilir. Sonuncu kündələr (9 və 10) yağlanır, ancaq arasına qoz səpilmir. Qıraqları bağlanır və yastılanır ki, arasında hava qalmasın. Zəfəran dəmlənir (2 qram zəfərana 6 xörək qaşığı qaynar su götürülür). Sonra paxlava romb şəklində kəsilir. Üstünə zəfəran dəmləməsi sürtülür, rombun künclərinə xaş-xaş səpilir, ortasına isə püstənin (yaxud badamın) yarısı basılır.
Fırında 180°S temperaturda 1 saat ərzində bişirilir (tava fırında qızdıqdan sonra qalan yağ da üstünə tökülür). Şəkər tozundan və sudan sirop hazırlanır, qaynadıqdan sonra ora gülab əlavə edilir və hazır paxlavanın üstünə tökülür. Tava soyuduqdan – təxminən 5-6 saatdan sonra paxlavalar tavadan çıxarılır və nimçəyə yığılır. Paxlava 10-15 gün ərzində saxlanıla bilər.
Nuş olsun!
-
Dünya14:50
Milyonlarla suriyalı artıq geri qayıda bilər - Hakan Fidan
-
Digər14:40
Günəşdə iki böyük partlayış oldu
-
Kriminal14:30
Şəmsi Səmədzadə həbs olundu
-
Yaxın Şərq14:00
Əsədin tutulmasına yardım edənə bu qədər pul veriləcək
-
Dünya13:15
Bəşər Əsəd öldü - "Reuters"
-
Hadisə13:05
Politoloq Azər Qasımlı saxlanıldı
-
Hadisə12:15
Azərbaycanda qulağına səslər gələn 33 yaşlı kişidən DƏHŞƏTLİ ƏMƏL: həyat yoldaşını...
-
Dünya11:55
Türkiyədə yaşayan suriyalılar Əsədin devrilməsini belə bayram edirlər - FOTOLAR