Tabloid.az
Afaq Aslan: “Mən onların yerinə xəcalət çəkdim”
“S-tvins” qrupunun üzvləri - Sevil və Sevinc bacılarının “Hər şey” daxil verilişində “Mənə borc ver” adlı mahnını oxuyan zaman milli manatımızı cırması ətrafında söz-söhbət davam edir.
Müğənni Afaq Aslan açıqlamasında bacıları kəskin tənqid edib:
“Mən gənc müğənni olaraq əkizlərin yerinə çox xəcalət çəkdim. Bacılardan bu cür şərəfsizlik gözləməzdim. Sevil və Sevinc bacıları özlərini Allahdan uca sayırlar? O pulu, ruzini bizə Allah qismət edir. Biz də ona çörək alırıq. Çörək mənim üçün “Quran”la eyni pillədədir. Belə etməklə onlar “Quran”ı tapdaladılar. Bu bacılar özlərini sanki şou-biznesdə “vorzakon” hiss edirlər. Sanki “Xəzər” telekanalını almışdılar. O cür hörmətli telekanalı öz şərəfsizliklərini canlı efirdə göstərməklə nüfuzdan saldılar. Müğənni getsin, mahnısını oxusun. O qədər istedadlı jurnalistlərimiz var ki, aparıcılğı da onlar etsinlər. Həmin kadrlara baxıb, qızların yerinə mən utandım. O xanımlar hər gün efirə çıxıb, ağızdolusu xalq, millət deyirlər. Sonra da milli-mənəvi dəyərlərimizi təhqir edirlər. Bunu onlara yaraşdıra bilmədim. Bir halda ki, o pulu sizə xalq qazandırır, xalqın milli və mənəvi dəyərlərinə bu qədər hörmətsizlik etməyin. Xalqın gözü qarşısında manatımıza qarşı edilən şərəfsizlikdən sonra üzr istəməkləri çox yersizdir”.
Xatırladaq ki, “S-tvins” qrupunun üzvləri - Sevil və Sevinc bacıları “Hər şey” daxil verilişində “Mənə borc ver” adlı mahnını oxuyan zaman milli manatımızı cırıblar. Bu da ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Əkiz bacılar dövlətimizə və millətimizə hörmətsizlik etməkdə ittiham olunublar. Bundan sonra onlar Azərbaycan xalqından üzr istəyiblər.
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ