Tabloid.az
Orqanizmdə qocalmanı ləngidən bitki
Zəfəran nadir və qiymətli bitkidir. Zəfəranın vətəni dəqiq məlum deyil. Avropaya zəfəranı ərəblər gətirib. Hal hazırda zəfəran müxtəli ölkələrdə - Hindistanda, Misirdə, İranda, İspaniyada, Çində, Azərbaycanda - yetişdirilir. Ən yaxşı zəfəran kimi Kəşmir (Hindistan) zəfəranı sayılır. Bu zəfəran ən bahalıdır. Lakin zəfəranın əsas hissəsi İranda istehsal olunur.
Ölkəmizdə yalnız Abşeron yarımadasında bu qiymətli bitkidən məhsul almaq mümkündür.
Onu da qeyd edək ki, zəfəranın müalicəvi bitki olması haqqında fikirlərə Hippokrat, Dioskorid, İbn Sinanın əsərlərində rast gəlmək olar. Böyük mütəfəkkir Nizami Gəncəvinin əsərlərində zəfəranın bəzi xəstəliklərin müalicəsində məsləhət görülən dərmanlardan biri hesab edilməsi göstərilir.
Şərq alimlərindən olan M.Y.Şirvani (1712) yazırdı: «zəfəran insanı gümrahlaşdırır, mədəni möhkəmləndirir, dalaq, qaraciyər xəstəliklərində, bel ağrılarında, soyuqdəymədə xeyirlidir. Bu bitki cinsi fəallığı artırır, üzün rəngini yaxşılaşdırır, üzə şəfəq verir, yuxu gətirir, sidikqovucu təsir göstərir».
Xalq arasında əsasən ağrıkəsici kimi, qıcolma əleyhinə vasitə kimi tanınır. Zəfəranı balla qarışdırıb qəbul etdikdə böyrəklərdə və sidik kisəsindəki daşları əritmək gücünə malik olduğunu deyirlər. Zəfəran dəmləməsindən qoyulan islatmalar baş ağrılarını və yuxusuzluğu aradan qaldırır, gözlərin, qulaqların iltihabi xəstəlikləri zamanı effektli təsir göstərir.
Zəfəran hələ qədim zamanlarda güc artıran, göz xəstəlikləri - xüsusilə kataraktanı, zəhərləməni müalicə edən, ətirli maddə kimi geniş istifadə olunurdu. Müasir zamanlarda da bu bitki bəzi göz damcıların tərkibinə daxil edilir.
Zəfəran həzm prosesləri və iştahanı yaxşılaşdırır, qaraciyərin fəaliyyətinə müsbət təsir edir, ödqovucu xüsusiyyətlərinə malikdir. Bundan başqa, bu bitki ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir, qanı təmizləyir, sinir sisteminə sakitləşdirici təsir edir, əqli fəaliyyətini stimullaşdırır, yaddaşı və diqqəti yaxşılaşdırır.
Zəfəran insanı daha gümrah edir, orqanizmin tonusunu qaldırır, əhval-ruhiyyəni yaxşılaşdırır.
Bu bitkinin güclü antioksidant xüsusiyyətləri var. O, orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi müxtəlif ziyanlı maddələrdən təmizləyir, xərçəngin profilaktik vasitəsi sayılır. Zəfəran üz dərisinin vəziyyətini yaxşılaşdırır, cavanlaşdırır, dərini daha parlaq edir.
Süddə dəmlənmiş zərəran (2-3 "tükcük" 1 stəkan südə) öskürək zamanı çox yaxşı müalicəvi təsir edir - bəlğəmi durulaşdırır və onun orqanizmdən çıxmasını asanlaşdırır.
Ümumillikdə zəfərani istifadə etdikdən əvvəl (qidalarda, şirniyyatlarda və s.) onu əvvəlcədən qaynar suda dəmləmək və sonra alınmış dəmləməni istifadə etmək lazımdır. Dəmlədikdən sonra zəfəranı tullamayın - bu müalicəvi bitkini 2-3 dəfə dəmləmək olar (bu zaman bitkinin fayadlı xüsusiyyətləri itmir).
Lakin zəfəranın bütün bu möcüzəli xüsusiyyətlərindən faydalanmaq istəyirsinizsə, əsl zəfəran alın. Nəzərinizə çatdıraq ki, bəzən dükanlarda "zəfəran" adı ilə ucuz saxta ədviyyatlar satılır ki, bu maddənin təbii zəfəranla heç bir əlaqəsi yoxdur. Əsl zəfəran ucuz olmur, onun özünəməxsus zərif iyi və acı-şirin dadı var.
Hamilə qadınlar zəfəranın qəbulundan imtina etməlidir ki, yüksək dozalarda bu bitki uşaqsalmaya səbəb ola bilər. Belə hesab olunur ki, qədimdə qadınlar zəfəranı arzu edilməyən hamiləlidən qurtulmaq üçün istifadə edirdilər. Həmçinin hipertoniyadan əziyyət çəkən insanlara da bu bitki ziyan gətirə bilər.
Zəfərandan Azərbaycan xörəklərinə ətirli ədviyyə kimi çox qədim vaxtdan istifadə olunur. "Zəfəranli aş", "Zəfəranlı piti" adlanan Azərbaycan xörəkləri çoxumuza məlumdur.
Zəfəran qiyməti qızılla müqayisə edilən yeganə qida məhsuludur. Onun dişcikləri bir çox milli xörəklərimizin (plov, bozbaş, piti və s.) ən vacib ədviyyatıdır, paxlavanı, halvanı zəfəransız təsəvvür etmək çətindir. Zəfəranın ədviyyatlıq xüsusiyyətindən əlavə, həm də güclü konservləşdiricilik qabiliyyətinə malik olması respublikamızın alimləri tərəfindən aşkar olunmuşdur. Tədqiqatlardan aydın olmuşdur ki, zəfəran qatılmış xörək, zəfəransız bişirilmiş xörəkdən daha yaxşı və bir neçə gün xarab olmayaraq qala bilir. Güman edilir ki, onun tərkibindəki efir yağları və rəngləyici maddələr konservant rolunu oynayır. Adətən zəfəranı isti suda və ya süddə həll edib, sonra işlətmək daha effektlidir.
Azərbaycanda becərilən zəfəranın çiçəklənmə dövrü oktyabr-noyabr
aylarına təsadüf edir. Bu bitkinin çiçəklərinin yığımı,
ümumiyyətlə, istehsalı çox çətin və zəhmət tələb edən işdir. Belə
ki, 1 kq quru kütlə almaq üçün 150-200 min çiçək sərf olunur.
Əsasən dişciklərindən, eləcə də yarpaqlarından istifadə edirlər.
Dişciklərin tərkibində B1, B2 vitaminləri, yağlı, azotlu maddələr,
şəkər, Ka, F, K Fe və başqa elementlər var. Zəfəran yarpaqlarının
tərkibində yazda 56,6 mq% , payızda isə ondan 4-5 dəfə çox vitamin
C aşkar edilmişdir.
Elmi təbabətdə iştahı gücləndirən ədviyyat kimi, cinsi fəallığı
artıran, sinir sistemini tonuslandıran vasitə kimi istifadə olunur.
Dişciklərinin sulu və spirtli dəmləməsindən bir çox qan
xəstəliklərində (leykemiyada) istifadə olunur.
Müşahidələr nəticəsində özünü doğrultmuş bir neçə resepti oxuculara təqdim edək:
Emal olunmuş qaba 100 q təmiz bal töküb, zəif odda isidirlər. Bura yaxşı əzilmiş 50 ədəd zəfəran dişciyi əlavə edilir və qarışdırılır. Səhər və axşam acqarına 1ç\qaşığı qəbul edilir. Bu qarışığı böyrək daşı xəstəliyi zamanı içmək məsləhət görülür.
7-15 ədəd zəfəran dişciyi üzərinə 1 stəkan qaynar su tökülür, 3-5 dəqiqə zəif odda dəmlənilir. Sonra üzərinə 2 stəkan su əlavə edilir. Zəfəranın dişcikləri çaydanın dibinə çökdükdə dəmləmə hazır hesab olunur. Dəmləməni yeməkdən 30 dəqiqə əvvəl, öd kisəsi və qaraciyər xəstəlikləri zamanı qəbul etmək məsləhət görülür. Hesab edirlər ki, dəmlənmiş dişcikləri təkrar dəmləmək olar.
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO
-
Dünya09:42
Putinin partiyasının binası yandırıldı - VİDEO