Tabloid.az
“Özümü ilk dəfə bu qədər seksual hiss etdim” - Fotolar
Türkiyənin ən güclü səsinə malik olan müğənnilərindən biri də Funda Arardır. 40 yaşlı gözəl müğənni şou aləminin digər ulduzlarından fərqlənir. O, karyerası ərzində eşq macəraları və ya çılpaq pozaları ilə deyil, səsi və hit mahnıları ilə gündəmdə qalmağa çalışıb. Funda Arar düz 11 ildir ki, evlidir. Özü kimi musiqiçi Febyo Taşellə ailə quran cazibədar müğənni 2013-cü ildə ana olub. Oğlunun adını Aras qoyan Funda Arar ana olduqdan sonra uzun müddətdir ki, müsahibə vermirdi. Nəhayət məşhur mətbu orqanlardan biri müğənni ilə səmimi söhbət edə bilib. Sizin üçün də maraqlı olacağını düşünərək Funda Ararın ən şəxsi açıqlamalarının yer aldığı müsahibəni tabloid.az-ın “Şirin söhbət” layihəsi çərçivəsində təqdim edirik:
- Yeni albomda qarşımıza fərqli bir Funda Arar çıxdı.
- Digər albomlardan fərqli olaraq bu dəfə bir çox məşhurla işlədim. Çox rəngli bir albom oldu. İçərisində 14 mahnı var.
- Bu albom üçün sizin qədər həyat yoldaşınız da tər töküb. Görürəm ki, hər mahnının altında imzası var. Bu işlər üçün ona qonorar ödəmisiniz?
- (Gülür) Pul mövzusunda razışlaşmışıq. Ona dedim ki, "mənə bir az endirim et, ayağım öyrəşsin". Albomun musiqi rejissorluğunu edib, həmçinin bir çox mahnının bəstəsi də ona aiddir. Həqiqətən də o, bu albom üçün çox çalışıb.
- Febyo bəy yaxşı bir bəstə ortaya çıxaranda onu sizin ifa etməyinizi istəyir, yoxsa başqa müğənnilərə də şans verir?
- Yox, bu mənada çox peşəkardır. Mənim elə hitlərim olub ki, onları məndən öncə başqa müğənnilərə təklif edib, amma əməkdaşlıq baş tutmayıb. Mən oxuyandan sonra mahnı hitə çevrilib.
- Yeni albom üçün etdirdiyiniz fotosessiya da çox iddialıdır. Fotolarda seksual bir qadın görürük.
- Doğurdan? (Gülür). Fotoları Nihat Odabaşı çəkib. Bu fotosessiya mənim də xoşuma gəldi. Mənim içimdə məsum, seksual, əyləncəli və romantik bir qadın var. Bu fotolarda bütün bu xüsusiyyətlərim əks olunub. Özümü ilk dəfə bu qədər seksual hiss etdim.
- İlk klipinizi “Həyatın hesabı” adlı mahnıya çəkdiniz. Siz də həyatla hesablaşırsınızmı?
- Etdiyimiz səhvlər də, həyatımızdakı gözəl hadisələr kimi özümüzdən qaynaqlanır. Ona görə də insanın özüylə hesablaşması vacibdir. İnsan papağını qabağına qoyub "Mən burada hansı səhvi etdim?" deməyi bacarmalıdır.
- Özünüzü tənqid edirsiniz?
- Əlbəttə. Mənim üçün həqiqi dost da tənqidi bacaran insandır. Yaxşı hərəkətlərimi təqdir edən, pis davranışlarımı xoşuma gəlməsə belə mənə söyləyən insanları özümə dost hesab edirəm. Odur ki, tənqidə dözümlüyəm.
- Ətrafınızda yaltaq insanlar varmı?
- Yox, o tip insanların mənə yaxın olmaqlarına icazə vermirəm. Ətrafımda eynilə ailəm kimi, mənimlə səmimi olan insanlar var.
- Neçə ildir ki, evlisiniz?
- 11 il olur. Febyo ilə 2000-ci ildə tanış olmuşuq. 15 ildir ki, bir yerdəyik.
- Evlilik eşqi öldürür?
- Eşq evlənməzdən öncə bitir. Flirt edərkən belə əgər aradan 3-4 il keçibsə, əvvəlki kimi həyəcan olmur. Zamanla eşqin yerini vərdişlər tutur, o insana çox bağlanırsan. Evlilik sevgili olmaq kimi deyil. Bir-birinizin hər halını görürsünüz. Ən iyrənc, ən baxımsız hallarınızı belə... Əvvəlki həyəcan yerini sevgiyə və dostluq duyğularına buraxır. Cütlüklərin uzun müddət evli qalmaları üçün cinsi mənada bir-birlərini bəyənmələri çox önəmlidir. Eyni evdə yaşamağa başladıqdan sonra belə cütlüklər sürpriz etməli, evliliyə rəng qatan əyləncəli dəqiqələr keçirməlidir.
- Uzun illərdir ki, evlisiniz. Şou aləminin insanları üç aydan sonra boşanırlar. Bəs sizin uzun ömürlü evliliyinizin sirri nədədir?
- Mən həmişə deyirəm ki, Febyo qarşıma çıxmasaydı, mən evlənməzdim. Azadlığıma düşkünəm. Məni məhdudlaşdıran, "Onu niyə geydin, niyə belə etdin, hara getdin, hardan gəldin " deyən bir adama dözə bilməzdim.
- Xoşbəxt evlilik üçün nə etmək lazımdır?
- Səbirli olmaq əsas şərtdir. Sən başqa bir insansan, o başqa... Bunu qəbul etmək lazımdır. Əgər özün kimi birini gözləyirsənsə, məsələn, sənin etdiklərini edən, sənin kimi davranan, onda xoşbəxt olmağın mümkün deyil. Bir-birinin qüsurunu axtaran partnyorlar hər dəqiqə mübahisə etməyə məhkumdurlar.
- Hər an baxımlı olmaq şərtdir?
- Heç kim evdə hər an ziyafətə gedəcəkmiş kimi geyinmir. Hamı şortunu, pirjamasını geyinib oturur. Evdə mini ətəklə istirahət etmək olmaz axı. Amma çox təəssüf ki, qadınlardan mütəmadi olaraq baxımlı olmaları tələb olunur. Kişilərin qarnının olması yaxşıdır? Qəribədir ki, hər şey qadınlardan gözlənilir. Evləndikdən 20 il sonra kişi kökəlir, keçəlləşir. Arvadına xəyanət edir və həyat yoldaşının baxımsız olmasından şikayətlənir. A kişi, yaxşı, bəs sən o qadının evləndiyi adamsan? Axı sən də dəyişilmisən. Özlərinə baxmayan kişilərin qarşı tərəfdən gözəllik, zəriflik gözləmələrini anlamıram.
- Evdə kimin sözü keçir?
- Mən evdəki gizli güc mərkəziyəm. O, fərqində olmasa da, bəzən mənim diqtəmlə hərəkət edir. Zarafat edirəm, biz həmişə danışarıq, fikirlərimizi paylaşarıq. Ortaq bir nöqtə tapmağa çalışırıq. Mən də bir işə başlayanda onunla məsləhətləşirəm.
- Ana olmaq həyatınızda çox şeyi dəyişdirdi?
- İşləyən qadın olmaq, bir uşaq böyütmək və onun gələcəyini düşünmək özünüzə daha çox baxmağı tələb edir. Öz-özümə deyirəm ki, "Sağlam olum ki, daha çox işləyim, uşağımın gələcəyini yaxşı qurum".
- Heç olubmu ki, Aras xəstələndiyi üçün və ya sadəcə onunla vaxt keçirmək istədiyiniz üçün səhnə təkliflərini qəbul etməmisiniz?
- İndiyə qədər elə bir hal olmayıb. Çünki mən onsuz da ucunda çox pul olduğunu düşünüb elə hər gələn təklifi qəbul etmirəm. Öz imicimə və karyerama mənfi təsir edə biləcək təkliflərdən imtina edirəm. Çünki pul mənim üçün mühüm deyil.
- Ana olduqdan sonra sizə gələn təkliflərin sayının azaldığı deyilir.
- Bu iddialar düz deyil. Ana olmağım işləməyimə maneə deyil. Mən hamilə olanda da belə xəbərlər çıxmışdı. Sadəcə olaraq mənə təkliflərin daha az gəlməsi üçün belə şayiələr yayırlar. Elə düşünürlər ki, təşkilatçılar təklifi qəbul etməyəcəyimi düşünüb zəng etməyəcəklər. Mən uşağıma da, işimə də, özümə də vaxt ayırıram.
- Aras kimə oxşayır?
- Deyirlər ki, guya atasına oxşayır. Ancaq baxışlarının mənə oxşadığını düşünürəm.
- Musiqiyə marağı var?
- Evdə tez-tez gitara və pianonu gördüyü üçün onlarla maraqlanır.
- Sizi heç səhnədə izləyib?
- İlk dəfə ötən həftə sonu Antalyada izləyib. O qədər duyğulanmışdım ki... "Anam" deyib məni göstərirmiş, yazıq uşaq çaşıb qalmışdı.
- Arasın şəklini cəmi bir dəfə paylaşmısınız. Niyə?
- Nəzərdən çəkinirəm. Göz dəyər birdən.
- Arasa bacı və ya qardaş istəyirsinizmi?
- Uşaq böyütmək asan deyil. Ona görə də indi bütün vaxtımı Arasa ayırıram. Amma qismətdir, bəlkə də ikinci dəfə ana ola bilərəm.
-
İdman05:45
Neymar bu adanı alır: görün nələr var - FOTOLAR
-
Kriminal04:14
Paytaxtda QANLI GECƏ: ailə üzvləri yaşadıqları evdə bıçaqlandılar
-
Hadisə03:23
Lənkərandan ACI XƏBƏR: ölən və xəsarət alanlar var - FOTO
-
Magazin202:12
“Miss Russia 2024” müsabiqəsinin qalibi bəlli oldu
-
İKT01:21
"YouTube"a yeni RƏQİB GƏLİR: müsabiqə elan edildi
-
Region00:30
Türkiyədə silahlı qadın doğum evinin həkimlərini GİROV GÖTÜRDÜ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə mövzular gündəmə gələ bilər ki...
-
Hadisə00:00
Xoşqədəm baldızı tərəfindən döyülən qadının VİDEOSUNU YAYDI