Tabloid.az
Xocalı uşaqların gözü ilə
Fevralın 25-də LN incəsənət mərkəzində Dövlət Rəsm Qalereyası və Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının təşkilatçılığı ilə "Xocalı uşaqların gözü ilə" mövzusunda yeniyetmə rəssamların əsərlərinin sərgisi keçirildi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Uşaq-Gənclər Yaradıcılıq Sarayının müəllimləri iştirak edirdi.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov Xocalı hadisəsini tariximizin faciəli səhifəsi, eyni zamanda vətənpərvərlik, qəhrəmanlıq rəmzi kimi qiymətləndirdi: "Xocalı sakinləri bütün çətinliklərə baxmayaraq son anadək öz yurd-yuvalarını tərk etmədilər, yüzlərlə insan şəhid oldu. İllər keçsə də, xalqımız bu günü daim xatırlayacaq, unutmayacaq. Bugünkü sərginin əhəmiyyəti ondadır ki, gənclər və yeniyetmələr bu faciəyə öz baxışlarını, münasibətlərini çəkdikləri rəsmlərlə bildirirlər. Xocalı hadisəsi baş verəndə bu uşaqlar dünyaya gəlməmişdilər. Bu gün sərgidə iştirak edən uşaqların əksəriyyəti aşağı sinif şagirdləridir, onlar hələ məktəbdə tarix dərsi də keçməyiblər, amma sərgiyə bu cür dəyərli rəsmlər təqdim ediblər. Sözsüz ki, bu rəsmlər onların Xocalı haqqında eşitdikləri, oxuduqları məlumatlar əsasında yaranıb".
Tədbirdə qeyd olundu ki, Xocalı soyqırımını tanıtmaq, bu tarixi gerçəyi dünyaya çatdırmaq hər birimizin vətəndaşlıq borcudur. Bu işdə incəsənət sahəsində çalışanların da üzərinə məsuliyyət düşür. Belə rəsm sərgilərinin mühüm cəhəti ondadır ki, bu əsərlər uzun illər qalır, daim yaşayır. Bu rəsmlər Azərbaycanın tarixidir. İnanırıq ki, bu uşaqların içərisindən gələcəyin böyük rəssamları çıxacaq və onlar bu günü mütləq xatırlayacaqlar".
Elnur Hüseynov sərgidə iştiraklarına görə, Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq sarayının rəsm dərnəyinin üzvlərinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, sərgidə LN incəsənət mərkəzinin və yaradıcılıq sarayı şagirdlərinin 40-dan artıq rəsmi nümayiş olunur.
Mədəniyyət və Turizm Nazirliyi Dövlət əhəmiyyətli tədbirlərin
təşkili və yaradıcı gənclərlə iş sektorunun məsləhətçisi Sənan
Əhmədov Xocalı faciəsinin bütün bəşəriyyətə, insanlığa qarşı
amansız cinayət olduğunu, tariximizin qan yaddaşına həkk olunmuş bu
səhifənin nəsildən-nəslə çatdırılmasının vacibliyini vurğuladı.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular.
Sərgi 3 gün davam edəcəkdir.
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO