Tabloid.az
Alma sirkəsinin bilinməyən istifadə qaydaları
Alma sirkəsi bir çox sahədə olduqca əlverişlidir. Tabloid.az təbii antiseptik, antibakteriyal və antifunqal xüsusiyyəti olan alma sirkəsinin bilinməyən istifadə qaydalarını təqdim edir:
1. Şampun və digər məhsullar saçları zamanla solğunlaşdırır. Saçları şampunla yuduqdan sonra bir stəkan ilıq suya alma sirkəsini qatıb saçlara çəkin. 2 dəqiqə saxlayıb yaxalayın.
2. Sirkə dəri məsamələrini sıxlaşdırır və çirkləri təmizləyir. Üzünüzü təmizlədikdən sonra bir parça sirkəli pambığı dəriyə tonik kimi sürtün.
3. Vanna qəbul etdikdən sonra qol altına bir miqdar sirkə sürtün. Bu, antiperstperant vəzifəsini yerinə yetirəcək. Həmçinin anti-bakteriyal xüsusiyyəti sayəsində pis qoxu yaranmasına da mane olur.
4. Bir qaşıq sirkə və yarım stəkan suyu qarışdırıb qarqara kimi istifadə edin. Bu su ağızdan gələn pis qoxuları və ona səbəb olan bakteriyalara qarşı son dərəcə təsirlidir.
5. Ayaqlarınızın yumşalmasını və pis qoxulardan təmizlənməsini istəyirsinizsə, ayaqlarınızı yuyarkən suya bir miqdar sirkə tökün və bu suda 15 dəqiqə saxlayın.
6. Varikoz bütün qadınları narahat edən haldır. Bir miqdar sirkəli pambığı yatmazdan əvvəl varikozlu bölgəyə çəkin. Bu üsul, bədənin bütün yükünü çəkən ayaqları dincəldir.
7. Vanna qəbul etdiyiniz suya 1 stəkan sirkə əlavə etmək orqanizmi toksinlərdən təmizləyir.
8. Dodaq uçuqlamasını sirkə daha tez sağalda bilər. Sirkə uçuqların quruma prosesini sürətləndirir. Lakin istifadə etməzdən əvvəl həkiminizə məsləhətləşməyi unutmayın.
9. Sirkə günəş yanıqlarını da sağaldır. Yanan əraziləri soyudur. Nəmli və sirkəli bezlə yanmış dəri səthini astaca silin. Ciddi yanıqlarda, mütləq həkimə müraciət etmək lazım olduğunu unutmayın.
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı