Tabloid.az
İşgüzar xanımları heyranedici göstərən kolleksiya - Fotolar
Milan moda həftəsi çərçivəsində "MaxMara" moda evi yeni kolleksiyasını dəbsevərlərin ixtiyarına buraxıb.
Klassik və zəriflik nümunəsi hesab olunan "MaxMara" moda evi öz səssizliyini qoruyub saxlayıb. Belə ki, moda evi dəfiləyə gələn qonaqları qeyri-adi, gurultulu, səs-küylü və ekstravaqant kolleksiya ilə təəccübləndirməyib. Dəfilədə podiuma çıxan modellər əvəzolunmaz klassik geyimlərlə unudulmaz şou göstəriblər.
Karamel, açıq qəhvəyi, yaşıl və göy rəngin çalarları mühafizəkar brendin zərif stilini xarakterizə edir. Boz, ağ və qəhvəyi rəngin bütün çalarlarında olan düz paltolar hər bir xanımın qarderobunu bəzəməyə iddalıdır. Bu kolleksiya öz ciddiliyini geyimdə nümayiş etdirmək istəyən işgüzar xanımları heyranedici şəkildə gözəl göstərir. Kolleksiyada ciddilik və minimalizm özünü açıq-aydın göstərsə də, qazayağı və dama naxışlar da nəzərə çarpır.
Minimalizm üslubu paltarın fasonuna uyğun lakonik çanta istifadə etməyi tələb edir. Dizayner yeni kolleksiyasında bu qaydandan kənara çıxmayıb. İşgüzar qadın obrazını olduqca sadə və tək rəng çantalar tamamlayır. Hətta bel çantaları da çox sadə və klassik fasonda təqdim edilib.
Tabloid.az sözügedən kolleksiyanı təqdim edir:
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO