Ebru Gündeş barədə şok iddia
Bizi izləyin

Tabloid.az

Ebru Gündeş barədə şok iddia

Müğənninin 20 dəfə nazirliklərdən birinə girib-çıxdığı iddia olunur

Müğənninin 20 dəfə nazirliklərdən birinə girib-çıxdığı iddia olunur.

Ötən gün azadlığa buraxılan Azərbaycan əslli biznesmen Rza Zerrabın həyat yoldaşı müğənni Ebru Gündeş barəsində qəribə iddia səsləndirilib.



Müxalifətçi Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili hakim (AKP) partiyanın millət vəkillərinə sualla müraciət edib.



CHP İzmir millət vəkili Aytun Çıray Ebru Gündeşin 20 dəfə Kənd Təsərrüfatı Nazirliyinə getdiyini, onun nazirliyə necə girib-çıxdığını və nə üçün getdiyini soruşub.



Məlumata görə, AKP millət vəkilləri bu suala cavab verməsə də CHP Mersin millət vəkili Vahab Seçer “heyvandarlıqla məşğuldur, ona görə” deyə oturduğu yerdən söz atıb.



Rza Zərrab ötən il dekabrın 17-də rüşvət və korrupsiya əməliyyatı çərçivəsində həbs olunmuşdu və dünən yerli vaxtla saat 14:00-da azadlığa buraxılıb. /Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm