Tabloid.az
Tiflisdə “Nargis” jurnalının təqdimatı keçirilib
Tiflisin Tarix Muzeyində ictimaiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycanda nəşr olunan “Nargis” jurnalının təqdimatı keçirilib.
Mərasim iştirakçılarına jurnalın əsasən qadın oxucular üçün
nəzərdə tutulduğu və onun yaranması ideyasının təxminən iki il
əvvəl meydana çıxdığı bildirilib.
“Nargis”in təsisçisi Ülviyyə Rəhmanova jurnalistlərə deyib: “Nəşrin
ərsəyə gəlməsi üçün xeyli əmək sərf etdik və tezliklə uğur
qazandığımıza, oxucular arasında populyarlıq tapdığımıza görə
şadam”.
Ü.Rəhmanova Gürcüstanı sevdiyini və jurnalın təqdimatının bu
ölkənin paytaxtında keçirilməsindən məmnun olduğunu vurğulayıb.
Aktyor İa Parulava “Nargis”in Gürcüstanda təqdimatını alqışlayıb,
jurnalda maraqlı məqalələrin, fotoların olduğunu, mədəniyyət,
incəsənət və başqa sahələrə aid sanballı yazılara, qadınlar üçün
çox maraqlı məsləhətlərə yer verildiyini bildirib.
Mərasimdə Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Azər
Hüseyn də iştirak edib.
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO