Tabloid.az
Azərbaycanın ilk “Hollywood“ filmi çəkilir - VİDEO (FOTO)
Haqqında danışacağımız film "Hollywood" istehsalı deyil. Rejissoru da əcnəbi deyil. Heç milyonlar da xərclənməyib. Peşəkar aktyorlardan söhbət gedə bilməz.
Görəcəyiniz kadrlar Şəkidə çəkilib. Bəli, bizim Şəkidə. Söhbət
ölkənin ilk real action janrında çəkilən
"Kölgəsiz" filmindən gedir.
"Rec Film" studiyasının rəhbəri, gənc rejissor Rəvan Cabbarov
filmin həm rejissoru, həm ssenari müəllifi, həm montajçısıdır.
Gənc rejissorun sözlərinə görə, hər zaman qorxulu film çəkmək
arzusu olub: "Düzdü"Kölgəsiz" dəhşət janrında
deyil, amma burda da adrenalin yüksək səviyyəyə çıxır.
Filmdə istifadə olunan texnika da bahalı deyil. Bəzən lazım olan
avadanlığı öz bacarığımızla ərsəyə gətirmişik. Komanda işi də burda
əsasdır. Buraya qədər çəkdik. Amma baxdıq ki, salam-sağolla, dost
tanışın yardımı ilə burdan artığını etməkdə həqiqətən çətinlik
çəkirik. Çəkilişlər müvəqqəti dayndırıldı. İndi artıq sponsor da
var. "Kölgəsiz"in çəkilişlərinin davamına bu
yaxınlarda başlayırıq."
"Kölgəsiz" filminin 3 dildə (Azərbaycan, rus və ingilis) təqdim olunması gözlənilir. Sentyabrda böyük ilkbaxışın keçirilməsi nəzərdə tutulub. /tezxeber/
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ