Tabloid.az
Azərbaycanlı rəqqas beynəlxalq festivalda ölkəmizi təmsil edəcək
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
müəllimi, əməkdar artist Tahir Eynullayev Tbilisidə keçiriləcək
uşaq və yeniyetmələrin xoreoqrafiya sənəti üzrə Vaxtanq Çabukiani
adına Beynəlxalq festival-müsabiqəsində münsiflər heyətinin üzvü
qismində iştirak edəcəkdir.
Tahir Eynullayev bildirmişdir ki, festival-müsabiqə Gürcüstanın
Mədəniyyət Nazirliyinin dəstəyi, Gürcüstanın Dövlət İncəsənət
Universitetinin kafedra müdiri, məşhur xoreoqrafı Nataliya
Digmelasşvilinin təşkilatçılığı ilə martın 15-16-da
keçiriləcəkdir.
Azərbaycan bu festival-müsabiqədə ilk dəfə təmsil
olunacaqdır.
Müsabiqədə “Təbəssüm” Uşaq Teatrı və Bakı Xoreoqrafiya Məktəbinin
şagirdləri iştirak edəcək.
ABŞ, Böyük Britaniya, Braziliya, Pakistan, Bolqarıstan, Çex
Respublikası və digər ölkələrin musiqiçi və rəqqaslarının
qatılacağı festivalda T.Eynullayev milli rəqslərimizdən nümunələr
nümayiş etdirəcəkdir.
Tanınmış rəqqasımız bundan əvvəl ABŞ, Böyük Britaniya, İsveç,
İtaliya və Türkiyədə keçirilmiş beynəlxalq yarışlarda ölkəmizi
layiqincə təmsil etmişdir.
baku-art.az
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO