Nida.az
Qarabağ kartı yenidən işə düşdü: 1998-ci il hadisələri təkrarlana bilər
Ermənistanda baş verən etiraz dalğasında Qarabağ kartı
işə salınır.
Publika.az xəbər verir ki, bu barədə
etirazçıların önündə çıxış edən siyasi fəal, şair Ruben Axverdyanın
Qarabağ haqda dedikləri bu ssenarinin gündəmdə olduğunu
göstərir.
"Əgər bu dəfə də hakimiyyətə qarşı birləşə bilməyəcəyiksə, onda
biz tamamilə Qarabağı itirəcəyik", - deyə o bildirib.
Onun sözlərinə görə, Ermənistanın türklər və ruslarla problemi var: "Bunlar ölkəni zülm altında saxlayır. Unutmayın ki, onlar xalqımıza deyil, Rusiya xüsusi xidmət orqanlarına xidmət edirlər. Əgər biz bu hakimiyyətə qarşı birləşə bilməsək, Qarabağı belə tamamilə itirəcəyik", - deyə o Sarkisyan hakimiyyətinin ünvanına ittihamlar səsləndirib.
Qeyd edək ki, İrəvanda keçirilən etiraz aksiyalarında bu fikrin
gündəmə gəlməsi 1998-ci il hadisələrini xatırladır. Həmin vaxt
Levon Ter-Petrosyan Qarabağ münaqişəsinin həllinə razılaşdığı üçün
onu hakimiyyətdən devirdilər. Yerinə "Qarabağ klanı" gəldi. İndi
eyni mənzərənin yaranması iki versiyanı önə çıxarır.
Birincisi: Sarkisyan hakimiyyəti Qarabağ
münaqişəsinin həllinə razılaşıb. "Qarabağ klanı" da hakimiyyətdə
qalmalarının yeganə səbəbi olan bu kartı əldən verməmək üçün etiraz
edərək, Sarkisyanı devirmək istəyirlər.
İkincisi: Sarkisyan ərazilərin qaytarılması
faktı ilə üz-üzə qalıb. Belə vəziyyətdə o, etiraz aksiyalarını
dizayn edərək, "xalqın istəmədiyi" görüntüsü yaradır.
Asif
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ