Nida.az
Deputat Şeyxi davaya çağırdı: “Gözləyirəm, gəlsin ona...”
"Şeyx Əbdül telefon nömrəmi də bilir, iş yerimi də.
Gəlsin, görək mənə nə edə bilər?! Onu gözləyirəm".
Bu barədə Publika.az-a açıqlamasında Milli
Məclisin deputatı, Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP)
Araz Əlizadə Şeyx Əbdülün onun haqqında dediklərinə münasibət
bildirərkən deyib.
A. Əlizadə Şeyx Əbdülün "fluqer" olduğunu iddia edib:
"O aktyordur. Cilddən-cildə girməyi bacarır. Onun haradan Şeyx
olduğunu da bilmirəm. Mən onu Əbdül kimi tanıyıram. Yaxşı kişidir,
yeyib-içən adamdır. Həmişə hörmət etmişəm. Amma mənə qarşı niyə
belə etdiyinin səbəbini də bilmirəm. Mən demişəm ki, adətən bizdə
"oğrulara", quldurlara hörmətlə yanaşıblar. Bu sözü özünə
götürübsə, onun mənə aidiyyəti yoxdur. Amma mən onu nə milli
qəhrəman, nə də quldur hesab edirəm", - deyə deputat
bildirib.
A. Əlizadə "Şeyx Əbdül sizin iş yerinizə gələrsə, nə baş
verəcək?" sualına cavabında "Gəlsin, görək nə edəcək mənə" deyə
bildirib.
Qeyd edək ki, Şeyx Əbdül Mahmudbəyli Araz Əlizadənin
xalq qəhrəmanları olan Koroğlu, Qaçaq Nəbi, Qatır Məmmədi quldur
adlandırmasına sərt reaksiya verib.
"Araz Əlizadə, sənə ayıb olsun. Sən özün millət vəkili kimi hansı işləri görüb, bu xalqın işinə yaramısan ki, indi də Qaçaq Nəbi, Koroğlu, Qatır Məmmədi quldur hesab edirsən? Məni hirsləndirmə, gəlib səni orda başa salaram və onda bilərsən ki, quldur saydığın o qəhrəmanlar kimlərdir, hansı işləri görüb bu xalq üçün", - deyə o bildirib (http://publika.az/p/147886).
Asif
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ