Dünya
Putin sülh müqaviləsinin ŞƏRTLƏRİNİ AÇIQLADI: “Tərəflərdən hər biri...”
Rusiya və Yaponiya arasında sülh müqaviləsinin imzalanması üçün vacib şərtlər etibarın yüksək səviyyəsi və uduzan tərəfin olmamasıdır.
Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, bu haqda Şərq İqtisadi Forumunun plenar sessiyası çərçivəsində Rusiya prezidenti Vladimir Putin bildirib.
Rusiya lideri qeyd edib ki, tərəflərdən hər biri Kuril adaları problemə öz milli maraqları prizmasından baxır.
“Amma problemi həll etmək lazımdır. Keçmiş bizə irəli getməyə mane olmamalıdır. Ümid edirəm ki, problemləri həll edəcəyik”, - prezident vurğulayıb.
Onun sözlərinə görə, Uzaq Şərqdə Yaponiya üçün maraqlı olan bir sıra layihələri reallaşdırmaq mümkündür. Putin nümunə olaraq Vladivostokda yapon istehsalı olan avtomobil mühərriklərini göstərib.
Daha əvvəl isə Yaponiyanın baş naziri Sindzo Abe Rusiya və Yaponiya arasında sülh müqaviləsinin olmaması anormal vəziyyət adlandırıb. “Gəl yetmiş il davam edən bu anormal vəziyyətdə nöqtə qoyaq. Ərazi mübahisələrini həll edərək yeni münasibətlər qurmaq və yeni dövrə başlamaq lazımdır”, - baş nazir Putinə müraciət edərək deyib.
Ömər Dağlı
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Bu yay varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...