“Mənə qarşı davamlı təzyiq etdiyinizə görə...” – Qəribə istefa ərizəsi
Bizi izləyin

Qırmızı.az

“Mənə qarşı davamlı təzyiq etdiyinizə görə...” – Qəribə istefa ərizəsi

Bildirib ki, yorulduğu üçün işdən çıxmaqla bağlı özü müraciət edib.Maraq üçün "neçə yaşınız var" deyə soruşanda A. Mərdanov 1961-ci il təvəllüdlü olduğunu deyib.

Azərbaycanda birinci müavinindən icra hakimiyyəti başçısına ilginc ərizə ünvanlanıb.“Mənə qarşı davamlı təzyiq etdiyinizə görə xahiş edirəm məni vəzifəmdən azad edəsiniz”-deyə ərizədə bildirilir.

Publika.Az –a daxil olan eksklüziv məlumata görə, bu, Xaçmaz rayonunda baş verib. Yerli mənbələrdən əldə etdiyimiz məlumatda deyilir ki, Xaçmaz rayon icra hakimiyyətinin bacısı Şəmsəddin Xanbabayevlə birinci müavini Akif Mərdanov arasında bir aydan artıqdır ki, davam edən qarşıdurma müavinin işdən azad olunması ilə nəticələnib: “Onlar arasında nəyin baş verdiyi dəqiq məlum deyil. Amma A. Mərdanovun yazdığı ərizə diqqət çəkir. O, ərizəsində “Mənə qarşı davamlı təzyiq etdiyinizə görə xahiş edirəm məni işdən azad edəsiniz” deyə yazıb. Amma söhbət hansı təzyiqlərdən getdiyi bilinmir. A. Mərdanov həmin postda təxminən 11 il idi ki, işləyirdi. Ötən həftə icra hakimiyyəti başçısı tərəfindən vəzifəsindən azad olundu, əvəzinə Yetkin Mehmanov adlı şəxs təyin olunub”.

Mənbə qeyd edib ki, bu hadisə və yeni təyinat rayon sakinləri arasında birmənalı qarşılanmayıb və əsas müzakirə mövzusuna çevrilib.“Xüsusən də Yetkin Mehmanovun təyinatı narazılıqla qarşılanır”-deyə mənə bildirib.

Məsələ ilə bağlı A. Mərdanovun özü Publika.Az –a açıqlamasında işdən azad olunduğunu təsdiqləyib. Onu da təsdiq edib ki, 11 ildir həmin vəzifədə çalışırmış: “2003-cü ilin yanvar ayının 13-də birinci müavinim olmağımla bağlı əmr verilmişdi. 11 il həmin vəzifədə işləyib çıxmışam”.

A.Mərdanov ərizəsində nə yazdığı barədə danışmaq istəmədiyini deyib. Bildirib ki, yorulduğu üçün işdən çıxmaqla bağlı özü müraciət edib.Maraq üçün "neçə yaşınız var" deyə soruşanda A. Mərdanov 1961-ci il təvəllüdlü olduğunu deyib.

“Yaşınız çox deyil, əgər sağlamlığınız da yerindədirsə, “yorulmuşam” səbəbi nə dərəcədə doğrudur” sualını daha çox susqunluqla qarşılayan A. Mərdanov bildirib ki, artıq işdən azad olunub, bundan sonra səbəblər mənasızdır. O, ərizəsində məlum sözləri yazdığını təkzib etməyib. Amma təsdiq də etmədən “Mən də bir qədər istirahət etdikdən sonra özümə iş axtaracam. Əmri icra hakimiyyətinin ümumi məsələlər şöbəsi verir, ən yaxşısı ora zəng edib öyrənən bilərsiniz. Soruşun mən ərizəmdə nə yazmışam” deyə cavab verib.

Xaçmaz Rayon İcra hakimiyyətinin ümumi məsələlər şöbəsi ilə əlaqə yaratmaq cəhdimiz alınmadı. Mövzunu diqqətdə saxlayacağıq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm