İdman
“Hafka”nın futbolçularının pulu “Bank Of Azerbaijan”da yoxa çıxıb
Maliyyə çətinlikləri içində çabalayan "Bakı" ilə bağlı ilginc xəbərlər gəlməkdə davam edir.
Aylardı futbolçuların maaşını, təlim-məşq bazasının kommunal xərclərini ödəyə bilməyən klubda daha ciddi problemlər var. Belə ki, "Bakı"nın bəzi futbolçuları yaxınlarda şok xəbərə üzülüb. Klubla müqavilə bağlayarkən 400 min dollarını “Bank Of Azerbaijan” bankına əmanət edən Əfran İsmayılov bu günlərdə hesabında qara qəpiyin də olmadığını bilib. Publika.az xəbər veriri ki, bu barədə məlumatı futbolinfo.az saytı yayıb.
Publika.az məsələ ilə bağlı araşdırma apararkən “Bakı”nın daha bir futbolçusu - Elvin Əliyevin də eyni aqibətlə üzləşdiyini müəyyənləşdirdi. Elvin Əliyevin banka depozit kimi yerləşdirdiyi 350 min dolları yoxa çıxıb.
Qeyd edək ki, Elvin Əliyev Hafiz Məmmədovun qudası, “Nurgün Motors” şirkətlər qrupunun sahibi Nuru Əliyevin komandasında – “Rəvan”da idman direktoru vəzifəsində çalışan Füzuli Əliyevin oğludur.
Futbolçular vəsaitlərini banka depozit kimi qoymaqla əlavə faiz qazanmaq istəsələr də, əllərindəkini də itiriblər. Onlar bunun səbəbini araşdırarkən bəlli olub ki, klubdan futbolçuların adına kredit götürülüb. Krediti isə depozit kimi qoyulmuş vəsaitdən çıxıblar. Konkretləşdirsək, sabiq “Texnikabank”ın filiallarında baş verən kredit oyunu burada da təkrarlanıb. Depozit yerləşdirən şəxsin adına kredit xətti açılıb. Xüsusilə bankın əlində sənədlər olduqda bu prosedur çox asan həyata keçirildiyindən “kərə yağından tük çəkirlər” kimi idmançıların hesabları sıfırlandırılıb.
Bu arada futbolçuların bankdakı pullarının məbləğinin 100 min manatdan yuxarı olması da maxinasiyaya geniş imkan yaradıb. Çünki Əmanətlərin Sığortalanması Fondu 30 min manata qədər yerləşdirilən əmanətləri sığortalayır. Ondan yuxari məbləğ artıq Allahın ümidinə buraxılır.
İndi futbolçular kimə müraciət edəcəklərini bilmirlər. Əldə etdiyimiz məlumata görə, vəsiti yoxa çıxan futbolçular “Bakı”nın prezidenti Hafiz Məmmədovla görüşmək istəsələr də, buna nail ola bilməyiblər. Aldığımız ən son məlumata görə, 400 min dollarının bankda yoxa çıxmasından sonra çətin duruma düşən Əfran İsmayılov bahalı maşınını satmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, “Bank Of Azerbaijan”ın Müşahidə Şurasının sədri Hafiz Məmmədov olub. “Hafka” ləqəbli iş adamının müflis olması ilə bağlı xəbərlər yayılandan sonra onu bu vəzifədə Mehman İsmayılov əvəzləyib.
Məsələni diqqətdə saxlayacağıq.
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq