İran İŞİD-ə müharibə elan etdi
Bizi izləyin

Dünya

İran İŞİD-ə müharibə elan etdi

İran İŞİD-ə müharibə elan etdi

İranın “Əl-Qüds” adlı xüsusi hərbi birliyi İraq ordusuna dəstək olmaq üçün İŞİD-lə müharibəyə göndərilib.

Publika.az xəbər verir ki, İran İslam Respublikası İŞİD-ə (İraq Şam İslam Dövləti) qarşı vuruşmaq üçün “Əl-Qüds” qrupunun 150 xüsusi təyinatlısını İraqa göndərib.

“The Times”ın yazdığına görə, bu qrup İnqilab Keşikçilərinin arasından seçilir.

Xüsusi təyinatlıların vəzifəsi İraq ordusunu yenidən formalaşdırmaq və İŞİD-ə qarşı vuruşmaq olacaq.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm