Dünya
Arınc: “Abdullah Gülə “sədr ol” desək, sözümüzü yerə salmaz”
Ərdoğandan sonra AKP-yə kim sədrlik edəcək? Baş nazir kim olacaq? Bu suallara baş nazir müavini Bülənt Arınc, nəhayət ki, cavab verdi.
Türkiyənin hakim partiyası AKP-nin uğur qazanmasının səbəbi partiyanın sədri və baş nazir R.T.Ərdoğan olması şübhəsizdir. Partiyanın millət vəkilləri arasında keçirilən imzatoplama kampaniyası nəticəsində Ərdoğan prezidentliyə namizəd oldu. Bundan sonra hamını maraqlandıran “Ərdoğandan sonra AKP-yə kim sədrlik edəcək?”, “Baş nazir kim olacaq?” suallarıdır. İndiyədək heç bir AKP funksioneri bu suala konkret cavab verməyib.
Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, seçkinin yaxınlaşdığı bir zamanda AKP-nin ağır artilleriyalarından olan baş nazirin müavini Bülənt Arınc bu sualları cavablandırıb:
Oktyabrda sədr seçiləcək
“Cənab baş nazirimizin namizədliyi qeydə alınandan sonra baş nazirlik bitəcək. Müvəqqəti baş nazir seçiləcək. Oktyabrda da partiyaya sədr seçiləcək. Ondan sonra isə 2015-ci ilədək partiyamızı hökumətdə saxlamaqdır. İnşallah, 2015-ci ilə qədər partiyamızı hökumətdə saxlayacağıq. Və o seçkidən də uğurla çıxacağıq”.
Abdullah Gül sədrliyə namizəd ola bilər
“Oktyabrdakı qurultayda partiya istəsə, məsləhətləşmələr olacaq. Abdullah Gülün namizəd olmağını istəsək, təbii ki, cənab Gül bu tələbimizi yerə salmaz. Sədrliyə namizəd olar. Gül bu millətin sevdiyi əqidədaşımızdır. Uğurlu prezident olub. Partiyamızın sədrliyinə yaraşacaq şəxsdir”.
Vüsal Tağı
-
ABŞ07:30
Canlı yayımda KURYOZ HADİSƏ: aparıcı milçək uddu - ANBAAN VİDEO
-
ABŞ06:16
ABŞ-da bank binasında GÜCLÜ PARTLAYIŞ: birinci mərtəbə göyə sovuruldu - VİDEO
-
Səhiyyə05:45
Yazda hansı dəri problemləri yaranır? - 3 önləyici TƏDBİR
-
Magazin105:15
Öpüşdüyü səhnəni xanımıyla izlədi - VİDEO
-
Sosial04:14
Azərbaycanda qoyun əti bahalaşa bilər - VİDEO
-
Sosial02:42
Boşanmadan sonra "ortaq qəyyumluq" qanuna çevrildi
-
Səhiyyə00:30
Baş ağrısının yeni genetik səbəbi TAPILDI
-
Dünya00:15
Modidən qalmaqallı açıqlama: "Məni Allah bu məqsəd üçün göndərib"