Nida.az
Ermənistanda Azərbaycan casusu tutulub? - TƏFƏRRÜAT
Azərbaycan Müdafiə və Milli Təhlükəsizlik Nazirlikləri təkzib edib
zərbaycana məlumat ötürmək istəyən erməni polkovniki həbs
edilib.
“Axar.az”ın erməni mətbuatına istinadən verdiyi məlumata görə,
həbsin Ermənistan xüsusi xidmət orqanları tərəfindən həyata
keçirildiyi bildirilir.
Həbs edilən şəxsin 1953-cü il təvəllüdlü Xaçik Martirosyan olduğu
qeyd edilib. Xüsusi xidmət orqanlarının yaydığı bəyanatda onun
Azərbaycanın Gürcüstandakı səfirliyi ilə öz təşəbbüsüylə əlaqə
saxladığı və Azərbaycana məlumat ötürmək istədiyi iddia edilib.
Onun bu addımında əsas məqsədin Azərbaycandan maliyyə yardımı almaq
olduğu deyilib.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin
bildirib ki, X.Martirosyan qazanc əldə etmək məqsədilə 2013-cü ilin
avqustunda öz təşəbbüsü ilə Azərbaycanın Gürcüstandakı səfirliyinə
üz tutaraq səfirliyin patronajlığı altında fəaliyyət göstərən
Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqə qurub
və öz xidmətlərini təklif edib.
O, Azərbaycan tərəfindən hərbi xarakterli informasiyalar ötürmək tapşırığı alıb və bu istiqamətdə müəyyən addımlar atıb. X.Martirosyan aldığı informasiyaları Azərbaycan tərəfinə ötürməyə cəhd etsə də, onun bu əməlinin qarşısı alınıb. Ermənistan Milli Təhlükəsizlik Xidməti fakt üzrə cinayət işi qaldırıb, istintaq aparılır.Öz növbəsində Azərbaycan Müdafiə və Milli Təhlükəsizlik Nazirlkləri məlumatı təkzib edib.
"Bizə belə bir adam bəlli deyil". Bu barədə “Axar.az”a Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev açıqlama verib. O, Ermənistan tərəfinin yaydığı informasiyanı sadəcə bir cümlə deməklə təkzib edib. “Bizə belə bir adam bəlli deyil”. Qeyd edək ki, bu gün Ermənistan xüsusi xidmət orqanları Azərbaycana məlumat ötürmək istəyən erməni polkovniki həbs etdikləri haqqında informasiya yaymışdılar. Onlar bu şəxsin 1953-cü il təvəllüdlü Xaçik Maritosyan olduğunu bildirmişdilər. Məlumatda həmçinin onun bu addımı atmaqda əsas məqsədinin Azərbaycandan maliyyə yardımı almaq olduğu qeyd edilmişdi.
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO