Nida.az
Siyavuş Novruzov: “Müsavat diqqəti yayındırmaq üçün mitinq təyin edib”
“Müsavat diqqəti daxili gərginlikdən yayındırmaq üçün mitinqə gedir”.
Bu barədə Publika.az-a açıqlamasında Yeni
Azərbaycan Partiyasının (YAP) icraçı katibinin müavini, millət
vəkili Siyavuş Novruzov Müsavat Partiyasının dekabrın 14-nə mitinq
təyin etməsinə münasibət bildirərkən deyib.
S. Novruzov Müsavat daxilindəki vəziyyətə diqqət çəkərək partiyanın
parçalanma ərəfəsində olduğunu bildirib: “Belə bir vaxtda mitinqin
təyin edilməsi suallar yaradır. Görünür, yeni rəhbərlik yaranmış
gərginliyi aradan qaldırmaq, yaxud ən azından diqqəti daxili
vəziyyətdən yayındırmaq üçün belə bir addım atır. Mitinq üçün hava
şəraitinin də məqbul olmadığını nəzərə alsaq, bu ehtimal təsdiqini
tapır. Amma Müsavat öz daxili problemini həll etməyə çalışsa, daha
yaxşı olar”.
YAP rəsmisi Müsavat Partiyasının mitinqin Milli Şuranın keçirdiyi
mitinqlərdən fərqlənməyəcəyini açıqlayıb.
“Milli Şura olduqca azsaylı mitinqlər keçirdi. Müsavatın mitinqi də
bundan fərqli olmayacaq. Çünki bu partiyanın da sosial bazası
olduqca zəifdir. Sadəcə ətraflarındakı 5-10 nəfər toplaşacaq,
tribunaya çıxıb danışacaqlar. Sonra da dağılşacaqlar. Belə mitinqin
olmağındansa, olmamağı daha yaxşıdır”, - deyə o vurğulayıb.
Asif Nərimanlı
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO