Qırmızı.az
Stalin iranlının tələsinə necə düşdü? - GİZLİ TARİX
İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Cənubi Azərbaycanda milli azadlıq hərəkatının məchullarına gün işığı tutan dəyərli araşdırmasının dərcini davam etdiririk. Tədqiaqtın mənbəşünaslar, iranşünaslar və ümumən Pişəvəri hərəkatı ilə maraqlanan hər kəs üçün maraqlı olacağını düşünürük.
(Yazının əvvəli ilə burda tanış olun: "Böyük Azərbaycan dövlətinin yaranmasına razı olmayacaqlar - Gizli tarix" http://publika.az/p/6227)
Bəzi tədqiqatçılar bu qənaətə gəlmişlər ki, "Stalin Qəvamın tələsinə düşüb". Əslində isə bu həqiqətə uyğun deyildir. Stalin, sadəcə real vəziyyətdən çıxış edərək İranın baş nazirinin şərtlərini qəbul etmişdir.
O zamanlar SSRİ tərəfindən həyata keçirilən nüvə proqramı həqiqətən də, ABŞ-dan geri qalırdı. Bu gerilikdən narahat olan Stalin hələ 1944-cü ildə L.P.Beriya həmin proqramın vəziyyətini yoxlamağı tapşırmışdı. L.P.Beriya bu layihəni tamamilə öz nəzarəti altına ala bilmiş və akademik İ.V.Kurçatova müraciət etməsinə nail olmuşdu.
1943-cü il fevralın 11-də İ.V.Kurçatov Atom Enerjisi İnstitutunun rəhbəri vəzifəsinə təyin olunur. V.Molotovun işindən narazı olan İ.V.Kurçatov 1944-cü ilin sentyabrında L.P.Beriyaya məktubla müraciət edir (Bax: N.K.Baybakov. Stalindən Yeltsinədək):
"SSRİ Xalq Komissarları Sovetinin Sədr Müavini L.P.Beriya yoldaşa".
M.Q.Pervuxinin və mənim Sizə ünvanlanan məktubumuzda biz uran problemləri ilə bağlı işin vəziyyəti və xaricdə bunun həddindən artıq yüksək inkişafı haqqında xəbər vermişdik.Son ay ərzində mən uran problemləri ilə bağlı kifayət qədər həcmli (300 səh. mətn) materialların ilkin tədqiqi ilə məşğul olmuşam. Bu tədqiq bir daha göstərdi ki, xaricdə bu problem ətrafında miqyasına görə dünya elm tarixində görünməmiş çox dəyərli nəticələr əldə etmiş elmi və mühəndis-texniki qüvvələr cəmləşdirilib. Bizdə isə 1943-1944-cü illərdə uranla bağlı işlərin inkişafında böyük irəliləyişə baxmayaraq, vəziyyət tamamilə qeyri-məqbul olaraq qalır.
Xammal və bölgü məsələləri ilə bağlı vəziyyət xüsusilə əlverişsizdir. 2 saylı laboratoriya maddi-texniki baza ilə kifayət qədər təmin olunmayıb. Bir çox əlaqədar təşkilatların fəaliyyəti vahid rəhbərliyin olmaması və problemin əhəmiyyətinin kifayət qədər qiymətləndirilməməsi üzündən lazımı inkişafını tapmır.
Sizin həddən artıq məşğul olduğunuzu bilərək, mən yenə də uran probleminin tarixi əhəmiyyətini nəzərə alıb Sizi narahat etmək qərarına gəldim. Sizdən işlərin bizim Böyük Dövlətimizin imkan və əhəmiyyətinə müvafiq tərzdə təşkil olunması haqqında göstəriş verməyi xahiş edirəm.
İ.Kurçatov ,Moskva şəhəri,29 sentyabr 1944-cü il
1945-ci ilin əvvəllərində İ.V.Kurçatov V.Molotovdan Stalinə şikayət edir. İ.Stalin 1945-ci ildən atom layihəsinə rəhbərliyi L.P.Beriyaya tapşırır. SSRİ bu silaha malik olmalıdır. Beriya təkcə insanları sıxmaq və tələsdirməyi deyil, həm də yekun nəticəyə nail olmağı bacarırdı. Alimlərin zəruri materiallarla təmin və təchiz edilməsi probleminin həllində ikinci belə təşkilatçı tapmaq mümkün deyildi. Burada, görünür, L.P.Beriyanın yalnız yaxşı təşkilatçılıq qabiliyyəti deyil, həm də onun SSRİ kəşfiyyatındakı iş təcrübəsi özünü göstərirdi. O, atom bombasının hazırlanma sirləri haqqında məlumatlar əldə edə bilir və 20 avqust 1949-cu ildə bomba hazırlanaraq sınaqdan keçirilir. Buna görə də həmin layihədə uğur əldə edən sovet alimləri L.P.Beriyanı "atom bombasının atası" adlandırırdılar. Çox heyif ki, bu, 1946-cı ildə deyil, 1949-cu ildə baş verdi...
24 mart 1946-cı il, saat 13.40 dəqiqədə Moskvadan Bakıya 2167/68 saylı şifroqram gəlir.
F № 1, siy. № 89, iş № 112
Surəti
ŞİFROQRAM № 2167/68
MOSKVADAN ŞƏXSƏN
BAKI HƏRBİ DAİRƏSİNİN KOMANDANI
MASLENNİKOV YOLDAŞA
4-CÜ ORDUNUN KOMANDANI
LUÇİNSKİ YOLDAŞA
SURƏTİ: BAĞIROV YOLDAŞA
1. 4-cü ordunun qoşunlarının, müəssisə və anbarlarının BAKI HƏRBİ DAİRƏSİ ərazisində daimi dislokasiya yeri tutması üçün İrandan çıxarılmasına başlayın;
2. Qoşunların çıxarılmasına martın 24-də başlamaq və bu ilin 9 aprel-10 may tarixindən gec olmayaraq, tam sona çatdırmaq lazımdır;
KƏRƏC qarnizonu bu gün 24 mart saat 20-dən gec olmayaraq, çıxarılmalıdır;
68 Sari diviziyası qarnizonunu sonradan dənizlə daşımaq üçün BƏNDƏR-ŞAH rayonunda toplayın. Diviziyanın avtonəqliyyatını RƏŞTDƏN keçməklə öz hərəkəti ilə göndərin;
İlk növbədə qoşunlar QƏZVİN, RƏŞT, ZƏNCAN rayonlarından və QORQAN, SARİ rayonlarından çıxarılsın;
QƏZVİNDƏN 5 aprel tarixindən gec olmayaraq, çıxmaq lazımdır;
I qvardiya mexanikləşdirilmiş diviziyası (RUSSİYANOV) ən axırda çıxmalıdır;
3. Qoşunların çıxarılmasını mütəşəkkil şəkildə, sakit, səs-küysüz və xüsusi tələsiklik olmadan həyata keçirin;
Komandirlər və siyasi orqanlar çıxıb gedən sovet qoşunlarının yerli əhali tərəfindən yola salınmasını təşkil etsinlər;
Mövcud ərzaq ehtiyatlarının bir həssəsi yerli əhaliyə paylanılsın;
4. Qoşunların çıxarılma planı və qaydasını bu ilin 25 mart tarixində BAŞ QƏRARGAHA çatdırın.
Qoşunların çıxarılmasının gedişi haqqında hər gün 24.00-da məruzə edin.
Dənizdə daşınma sifarişini martın 26-dək BAŞ QƏRARGAHA təqdim edin.
№ 16006 İ.Stalin
№ 10961, 62/III Antonov
13. 40. 24. 3. 46-cı il
Belə göstərişin gəlməsinə baxmayaraq, M.C.Bağırov Cənubi Azərbaycandakı hakimiyyəti necə saxlamağı götür-qoy edib, Bakı hərbi dairəsinin komandanı Maslennikova müraciət edir və məsələləri onunla razılaşdırıb, Stalinə məktub yazırlar.(Ordu generalı, Sovet İttifaqı Qəhrəmanı İ.İ.Maslennikov 1939-cu ildə Beriya tərəfindən Sərhəd Qoşunları Komandanı və Daxili İşlər Xalq komissarının müavini vəzifəsinə təqdim edilmiş, 1942-1943-cü illərdə isə Zaqafqaziya cəbhəsi və Şimali Qafqaz cəbhəsinin Şimal qoşun qrupunun komandanı olmuşdu. 1952-ci ildə "Voyennaya mısl" jurnalanın avqust nömrəsində Zavyalov və Kalyadinin "Qafqaz uğrunda döyüş" başlıqlı məqaləsi çıxmışdı. Bu məqalə ilə bağlı Maslennikov baş qərargahın Hərbi-elmi idarəsinin rəisinə məktub göndərərək yazmışdı: "56-cı səhifədə müəlliflər SSRİ Ali Baş Komandanlığı Qərargahının gördüyü tədbirləri xarkterizə edərkən, 1942-ci ilin avqustunda Qafqaz cəbhəsində yaranmış olduqca çətin şəraitə baxmayaraq, bütün vəziyyəti dəyişmiş və köklü dönüş yaratmış Lavrentiy Pavloviç Beriya yoldaşın həyata keçirdiyi böyük yaradıcılıq işini və prinsipial siyasi-təşkilati tədbirləri ötəri və olduqca səthi xatırladırlar. L.P.Beriya yoldaşın fəaliyyətinin belə xarakteristikası onun şəxsi və bilavasitə rəhbərliyi altında həyata keçirilmiş bütün tədbirlərin tam mənzərəsini əks etdirmir").
Adıgözəl Məmmədov
Ardı var...
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO