Nida.az
“Məni sui-qəsddə ittiham edəcəkdilər”- İlkər Başbuğ sirləri açır
Türkiyənin sabiq baş qərargah rəisi İlker Başbuğ Silivri
həbsxanasından şok açıqlamalar verib.Publika.Az türk mediasına istinadən xəbər verir
ki, sabiq baş qərargah rəisi bildirib ki, o, hələ 2009-cu ildə
camaatın sosial-siyasi prosesləri yönləndirməyə çalışdığını
açıqlayıbmış: “2009-cu ilin 14 aprel çıxışımda bildirmişdim ki,
camaat iqtisadi güc qazanaraq sosial-siyasi proseslərə girməyə
çalışır.
Din çox yüksək bir dəyərdir. Din-iqtisadiyyat-siyasət məsələsi
yeni deyil. Bunun qarşısını almaq da çox çətindir. Bu problemləri
güclü bir burjuaziyamız və orta sinfimiz olmadığı üçün asan dəf edə
bilmirik. 2009-cu il bizim üçün çox kritik bir il idi. Baş qərargah
rəisi idim, silahlı qüvvələrlə bağlı çox vacib layihələrim var idi.
Amma çoxunu həyata keçirə bilmədim. Çıxışlarımda doğru söylədiyim
bu günki məsələlərdə daha aydın görünür”.
“İmza saxtalaşdırılmışdı”
İ. Başbuğ onlara tələ qurulduğunu deyib. O bildirib ki, bu tələ
gizli şahidlər, əvvəldən hazırlanmış hakim və prokurorlarla təşkil
edildi: “Mənə bunu niyə açıqlamadınız deyirlər. Bu günün özündə
belə kimsə bunu tam olaraq açıqlaya bilmir. Amma dəqiq olaraq bizə
tələ quruldu. Konkret hadisələrə diqqət yetirək. Misal üçün,
Ərzincan hadisəsi. Prokuror kim idi: İlham Cihaner. 2007-ci ildə
bir cinayət işi açır. Hədəfdə İsmayılağa camaatı var. Fevralın 2-də
26 nəfər həbs edilir, 9-na c inayət işi açılır. Sonra istintaqın
çevrəsi genişləndirilir. Gülən camaatı işin içinə girir. Sonra
məsələ Kayseridəki hadisəylə birləşdirilir. Kayseridə Hava
Qüvvələri Komandanlığında saxta bir əmr yazılıb. İmza
saxtalaşdırılıb. İşin içində 3 zabit, 5 mülki şəxs var. Sənədlər
hazırlanıb, qərargahın kompüterlərinə yerləşdirilib. Zabitlərdən
biri deyib ki, mən İşıq Evlərindənəm. Məsələ camaata doğru
yönələndə, Ərzurumdakı prokurorluğa verildi. Amma bütün
araşdırmalara, istintaqa baxmayaraq məsələdə adı keçən 5 mülki
şəxsin kimliyi bilinmədi. Hadisədə iştirak edən bütün əsgəri heyət
isə həbs edildi”.
Barmaq izi olan 14 nəfər kimdir?
Sabiq rəis qeyd edib ki, sözügedən 5 mülki şəxsi qurtarmaq üçün
qanun qəbul edilir.“25-26 iyun. Məclisdə gecə yarısı 20 dəqiqənin
içində Kayseridəki 5 mülki şəxsi xilas etmək üçün qanun çıxır. Bu
qanunla mülki şəxslərin hərbi məhkəmələrdə mühakimə edilməsinin
qarşısını alınır. Baş qərargahın münasibəti öyrənilmir, Milli
Müdafiə Nazirliyinin xəbəri yox. Qanuna görə əsgərlər nə cinayət
törətsələr, mülki məhkəmələrdə mühakimə ediləcəklər.
2009-cu il, 2 aprel tarixində "İrticaya qarşı hərəkət planı" deyə
məhkəməyə bir fotokopiya təqdim etdilər. Mən “kağız parçası”
deyirəm, amma hər şey qarışıb, qiyamət qopub. İstanbul prokurorluğu
“bu sənəd kim tərəfindən hazırlandı” deyə soruşur, səlahiyyətsizlik
qərarı qəbul edir, Ankara prokurorluğu yazı yazır, Bakırköy
prokurorluğu isə “Sənədi mediaya kim sızdırıb” deyə cinayət işi
açır. Xəbərlərin yazıldığı məktublar ortaya çıxır. Məktubu yazan da
bir zabitdir. Zəkəriyyə Öz (Ergenekon və Balyoz işini aparan
prokuror-red) sənədi Məhkəmə Tibbi ekspertizasına verir. 3 ay
yarımdan sonra raport gəlir, imza saxtadır deyilir. Əgər imza
saxtadırsa, kağızın üzərində 14 şəxsin barmaq izi var, bircə
imzanın sahibi Dursun Çiçəyin yoxdur, nə qədər israr etsək də,
həmin 14 şəxsin kim olduğu araşdırılmadı”-deyə sabiq rəis
bildirib.
“Əsl məqsəd silahlı qüvvələri məhv etmək
idi”
İ. Başbuğ vurğulayıb ki, Ərzincanda start verilən, Kayseri ilə
birləşdirilən bu planın əsl məqsədi Türkiyə Silahlı Qüvvələrini
ortadan qaldırmaq, zərərsizləşdirmək idi. Onun sözlərinə görə, bu
planı iki səbəb görə tam reallaşdıra bilmədilər: “Biri işi
Appelyasiya Məhkəməsinin dövr alması, digəri də Saldıray Berkin
ifadə verməyə getməməsidir. Gecikdikləri üçün geri addım atmalı
oldular. Bundan bir şey çıxmayanda növbəti dəfə internet üzərindən
başladılar. “irtica.org” saytını mən bağladım. Sayt 4 ay aktiv
deyildi. O saytdan AKP-nin bağlanması işinə sənəd ötürüldüyü
iddiası var. Halbuki o cinayət işinə bu saytdan yalnız bir xəbər
daxil edilib. O da xaricdən göndərilən xəbər idi. Quru Qoşunları
komandirim İşıq Koşaner məni axtarır, irtica ilə mücadiləyə qarşı
mücadilə qanunun ilə cinayət işinin açılması məsələsini mənə xəbər
verir. Əxlaqsız həriflər bu görüşümüzü terror təşkilatı fəaliyyəti
olaraq təqdim edirlər. Guya muzeydəki sualtı gəmiyə bomba
quraşdırılıb, partlayacaqmış, uşaqlar öləcəkmiş. Hansı zabit, kim
belə vəhşi şeyi edə bilər ki?”.
“Məni Bülənt Arınca sui-qəsd etməkdə ittiham
edəcəklərdi”
Sabiq baş qərargah rəisi bildirir ki, onu Bülənt Arınca sui-qəsd
etməkdə günahlandırmaq istəyiblər. O, “Kosmik otağa” giriş üçün izn
verməsini həyatının ən doğru qərarı olduğunu deyib: “2009-cu ildə
dekabrın 19-da Amerikadan Ankara Terrorla Mücadilə Şöbəsinin özəl
telefon nömrəsinə xəbər gəlir. Xəbər verənlər 06 BE 9712 və 06 LJY
48 nömrəli avtomobillərin içindəki adamların Arınca sui-qəsd
edəcəklərini deyir. Kosmik otaqda Arınca sui-qəsd dəlilləri
axtaracaqlarını dedilər. Baş nazirlə danışdım, o da “Dəyməyin
axtarsınlar” dedi. Dekabrın 31-də axtarış aparıldı. Kosmik otaqdan
çox önəmli şeylərin çıxdığını da düşünməyin. əgər o otağa giriş
üçün icazə verməsəydim, məni Arınca sui-qəsd təşkil etməkdə ittiham
edəcəydilər. TSK töhmət altında qalacaqdı.
Hurşit Tolon Malatyaya konfrans üçün getdiyi gün orada "Zirvə" yayım evində vəhşiliklə cinayətlər törədilir. Burda da gizli bir şahid var. TSK-dan atılmış əxlaqsız bir çavuş idi. Onun ittihamları çox ağır iftiralar idi. Bizi bura TSK-ya nifrət və intiqam duyğuları içində olanlar gətirdi.
Türkiyə parlamentinin İnsan haqları komissiyasındn gələnlərə də
dedim. 7 fevral 2012-ci il (MİT-ə basqın) və 17 dekabr 2013-cü il
məsələsində iki qırılma nöqtəsi var. Bu iki hadisə olmasaydı, bu
məsələ buralara qədər gəlməzdi”-deyə İ. Başbuğ əslində “paralel
dövlət bu qədər de-şifrə olmazdı” demək istədiyini açıqlayıb.
Qeyd edək ki, İ. Başbuğ hökumət çevrilişi təşəbbüsünə görə 26 aydır
Silivri həbsxanasında yatır.
Asif Nərimanlı
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...