Bizim tərcümə
Obamanın sevdiyi film “Oskar” mükafatına namizədlər siyahısındadır – FOTOLAR
ABŞ və Kanadanın televiziya, radio və internet kino tənqidçiləri 2014-cü ilin “Critics’ Choice Awards” mükafatının qalibini seçib. Bu film iki nominasiyada birincilik əldə edib. “Ən yaxşı film” adını “Yeniyetməlik” (“Boyhood”), “Ən yaxşı rejissor” adını isə Riçard Linkleyter qazanıb. Əbəs yerə ABŞ prezidenti Barak Obama 17 dekabr çıxışında “Yeniyetməlik”i 2014-cü ilin ən yaxşı filmi adlandırmayıb. “Bizim tərcümə” layihəsi ABŞ prezidenti ilə yanaşı, məşhur kino tənqidçisi Castin Çenqin də bəyənib seçdiyi filmi təqdim edir.
“Yeniyetməlik” reytinq üzrə ilk pillələrdə qərarlaşmaqla yanaşı, “Oskar” mükafatına ən layiqli namizədlərdən biridir.
Film amerikalı yeniyetmə Meysonun birinci sinifdən kollecə daxil olanadək 12 illik həyatını təsvir edir. İş ondadır ki, film 12 il müddətinə çəkilib və bu müddət ərazində heç bir aktyor və aktrisanı dəyişməyiblər. Filmin ilk çəkilişləri 2002-ci ilin əvvəlindən başlayıb və 2013-cü ilin oktyabrında bitib. Baş rolu ifa edən Ellar Koltrey kinoya çəkilərkən onun hələ 7 yaşı vardı. Film çəkilişləri bitdikdə isə o, artıq 18 yaşa dolub.
Çoxillik kino layihəsi illər ərzində insanın necə böyüməsi və inkişaf edərək dəyişməsini göstərir. Həqiqətən də, belə demək mümkünsə, film aktyorların ekran başında necə yaşlanmasına əyani sübutdur.
Ssenari isə belədir: Meysonun valideynləri boşanırlar. Boşanmaya atanın spirtli içkiyə aludəçiliyi səbəb olur. Anası ikinci dəfə ailə həyatı qursa da, yenidən boşanır. Oğlan evdə böyük bacısı Samanta ilə yaşayır. Bu rolu filmin rejissoru Linkleyterin qızı ifa edib.
Əslində, filmdə konkret ssenari yoxdur. Süjetlər İraq müharibəsi illərindən başlayıb, Barak Obamanın prezidentliyi dövrünədək davam edir. Filmdə Meysonun spirtli içki içib narkotik maddələr qəbul etməsi, kollecə getməsi, ilk dəfə sevgi və xəyanətlə üzləşməsi və bu kimi səhnələr əksini tapıb.
Kinonu məşhur edən məqam texnoloji tərəfləri ilə bağlı deyil. “Yeniyetməlik” səbir aşılayır, zaman və həyatın özünü təcəssüm etdirir...
2002-ci ildə rejissor Riçard Linkleyter “IFC” şirkəti ilə dəlisov bir müqaviləyə imza atır. O, 12 il müddətində oğlanın böyüməsini nümayiş etdirən layihə işləyib hazırlamışdı. Filmin adını Azərbaycan dilində tərcümə etsək, onu “Uşaqlıq. Yeniyetməlik. Gənclik” kimi də adlandıra bilərik.
Belə ki, 12 il ərzində aktyorlar ildə bir dəfə bir neçə həftə davam edən çəkilişlərdə iştirak etməli idilər. Linkleyter filmdə daha çox 4 daimi aktyor və aktrisadan istifadə edib. Bununla da, hər dəfə çəkilişlərə 200 min dollar xərcləməli və filmin davamını çəkmək üçün növbəti ili gözləməli idi. Elə tamaşaçı da hər səhnədən sonra aktyorların simasında dəyişiklik görür, bu o deməkdir ki, həmin epizodun çəkilişindən artıq 1 il keçib. Nəticədə, kino çəkilişləri rejissora ümumilikdə 2,4 milyon dollar baha başa gəlib...
Filmdə hadisələr elə dəyişir ki, sanki Lev Tolstoyun “Uşaqlıq” romanını oxuyursan. “Yeniyetməlik” təkcə oğlan uşağının böyüyərək yetkinlik yaşına çatmasını təsvir etmir. Çünki film daha çox Amerikada insanların necə həddi-buluğa çatmasını göstərir. Film həmçinin nostalgiya, ümid və məyusluq, sevgi və laqeydlik haqqındadır. Bir sözlə, “Yeniyetməlik” hər bir uşağın fərd olmasını, hər bir yetkin insanın uşaqlıq dövrünü göstərən filmdir.
Film ilk baxışdan tamaşaçıya hadisələrin durğun keçəcəyi fikrini aşılayır. Lakin qətiyyən belə deyil. Filmdə hadisələri öncədən proqnozlaşdırmaq olmur. “Yeniyetməlik” daha çox “Trumanın şousu” filmini xatırladır. Piter Uirin çəkdiyi filmin süjetində illər ərzində Truman adlı insanın həyatı izlənilir. Lakin Meyson, Trumandan fərqli olaraq, 5 yaşlı uşaqdan 18 yaşlı yeniyetməyə elə ekran önündəcə çevrilir.
“Yeniyetməlik” filminə “Başqalarının uşaqları tez böyüyür” adını da vermək olar. Kinoya baxarkən tamaşaçıda elə bir təəssürat yaranır ki, sanki o, nadir hallarda baş çəkdiyi hər hansı qohumunun həyatını izləyir...
Filmin çəkilişləri həm rejissor, həm də aktyor heyəti üçün narahatlıq yaradırdı. Bu, çəkiliş illəri ərzində aktyorların başına hər hansı bir iş gələcəyi təhlükəsindən qaynaqlanırdı. Axı 12 il ərzində çox dəyişikliklər olur, heç kim aktyorların başına gələcək bədbəxt hadisəyə zəmanət verə bilməz...
Ekran əsərinə əvvəldən sonadək bütöv baxmaq lazımdır. Ona hissə-hissə tamaşa etdikdə bir çox məsələlər aydın olmaya bilər. Bundan əlavə, film müdrik deyimlərlə də boldur.
““Yeniyetməlik” əla filmdir. Fikirləşirəm ki, bu il ən çox bəyəndiyim film bu oldu”. Barak Obama “People” jurnalına verdiyi müsahibəsində deyib. Barak Obamanın yoldaşı Mişelə gəldikdə isə o, “Yeniyetməlik”i filmdən çox ədəbi əsərə bənzədib.
Tərcümə: Nərmin
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO