Tabloid.az
Uşaqlardan qorxan “qorxu filmləri” kralı
Çoxlarımız onu “Yuxulu dərə” filmindəki qorxulu obrazı ilə xatırlayır. Hər zaman pis rolları canlandırdan aktyor Kristofer Uoken “pis oğlan” damğasından ömrünün 72-ci ilində də qurtula bilmir.
Publika.az “Bizim tərcümə” layihəsində bu gün 72 yaşını qeyd edən aktyorun bioqrafik tarixçəsini və sitatlarını təqdim edir.
“Kinoya getdim, filmdə necə oynamağıma tamaşa etdim. Əmin oldum ki, mən pis aktyoram. “Kris, gələn dəfə ağzını belə açma. Bu nə sifətdir axı etmisən?!”. Bəzən isə olurdu ki, özümə baxıb deyirdim: İlahi, mən necə də yaraşığam“.
Kristofer aktyor olmazdan öncə fəaliyyətə rəqqaslıqla başlayıb. “İmperiya” jurnalı 1997-ci ildə onu “bütün zamanların 100 ən yaxşı aktyoru” adına layiq görüb.
Özünün etirafına görə, aktyor ona həvalə olunan heç bir obrazdan imtina etmir. Son 10 ildə Kristofer Uoken ildə 5 filmdə çəkilib. Hollivudun ən nüfuzlu aktyoru olmasına baxmayaraq, Uoken 35 ildir ki, arvadına sadiq olaraq qalır. O, nadir ulduzlardan biridir ki, sevgisini yalnız arvadı ilə bölüşür. Aktyor heç vaxt uşaqları sevmədiyini və buna görə də, ata olmadığını etiraf edib. Arvadı isə Corciana onun kino karyerasına xələl gətirməmək üçün ana olmaq kimi fikirlərdən vaz keçib.
Uoken stabil həyat tərzi keçirməyi sevir. İşdən evə gələrək obrazı üzərində çalışır, televizora baxır və beləcə gün bitir. Uokenin avtomobildə sürət həddini aşma qorxusu var.
1980 -ci ildə Nyu-York küçələrinin birində Kristofer Uoken iki nəfərdən mahnının səsini aşağı eləməsini tələb etdiyi üçün onların hücumuna məruz qalıb. Bundan əlavə, Uoken 1997-ci ildə Venesiya hava limanında qarət olunub. Onun ssenarisi, eynəyi, açarları, sürücülük vəsiqəsi və 100 dolları oğurlanıb.
“Etibarını qazandığım insanların inamı ilə oyun oynamıram...”
Gecə klubunda rəqqas kimi çalışan vaxtlarda Monika Van Vooren orada müğənni kimi çalışırdı. O, mahnı ifa edirdi biz iki nəfər oğlan isə rəqs edirdik. Şounun sonunda isə o bizi tamaşaçılara təqdim edirdi. Lakin bir gün mənə dedi: “Bilirsən Ronni (Uokenin əsil adı) mən səni bundan sonra Kristofer deyərək çağıracam”. Mən isə cavab verdim: “Əlbəttə, necə istəyirsən elə də çağır”. İndi də arvadım və qardaşlarımdan başqa hamı mənə Kristofer deyir...
İnsanlar məni qəribə hesab edir. Mənim də bir çoxları kimi qəribə xüsusiyyətlərim var. Mən çox qəribəyəm, hətta deyərdim ki, ayrı planetdənəm...
Mən kinolarda bir çox pis adamları oynamışam. Yəqin bu, yaşımdan gənc görünməyimdən irəli gəlir. İndi isə yaxşı obrazları canlandırmaq istəyirəm. çox istərdim ki, iti olan yaşlı ata rolunu oynayım. Öz şəxsi evim və uşaqlarım olsun. Onlar isə məndən soruşsunlar: “Ata, mən nə edim?”. Mən isə cavab verim: “Sən düzgün hərəkət etməlisən”...
Rejissor kimi zəifliyim ondan ibarətdir ki, məndən nə etmək haqda soruşduqda cavab verirəm: “Nə istəyirsən et”. Məncə rejissor bir qədər general olmalıdır. Məndən isə çox pis general çıxardı...
Bir dəfə rejissor Skorsezin filmində çəkilirdim. Filmdə İsa Məsih obrazını canlandırırdım. Lakin sonradan studiya filmi çəkməyə icazə vermədi. Beləcə, film 10 il təxirə salındı...
Ssenarini oxumazdan əvvəl personajımın adını, onunla bağlı olan hadisələrin vəziyyətini araşdırıram. Personajın psixologiyasını anladıqdan sonra hər şey öz qaydası üzrə gedir...
Kino biznesində pullar 30 yaşdan sonra gəlir. Mənim 30 yaşım olana qədər ilə heç 11 min dollar qazana bilmirdim...
Uşaqlıqda şəxsi sirkdə işləmişəm. Sirk sahibinin adı Kerol Ceykobs idi. O, istəyirdi ki, sirk nömrəsində eyni ilə onun kimi geyinmiş oğlu çıxış etsin. Lakin onun oğlu yox idi, ona görə də, nömrəsini mənim üzərimdə sınadı. Mənə maaş verməsə də, hər şey çox maraqlı idi...
Sözlərlə bağlı məxsusi nəzəriyyəm var. “Mənə duzu ver” cümləsini deməyin 1000-ə yaxın yolu var. Bu sözü belə də demək olar: “Mənim yeməyimə duz vurulmayıb” və ya “mən səni sevirəm”. Sözlər enerji kütləsinə malik olan kiçik bombalardır...
Balaca olarkən belə bir qanun vardı: Əgər üzə bilirsənsə, səni suya tullamaq lazımdır. Onda sən üzəcəksən. Mən isə hovuzdan kənara çıxdım. O vaxtdan etibarən üzməyi bacarmıram...
Mən gözlərdən itərkən, demək ki, Venesiyaya yollanmışam. Orada yarım ay yaşamışam və hər küçəni tanıyıram. İşin pis tərəfi odur ki, İtaliyada olarkən bir həftə ərzində 6 kiloqram kökəlirəm. Bu isə aktyor üçün pis nəticədir...
Bir gün İtaliyanın ucqar, təpəli kəndinə getmişdim. Orada 8 yaşlı uşaq məni görüb çığırdı: “Maks!”. O, “Betmen” filmindəki Maks Şrek obrazını deyirdi. Bax bu da sənə kinematoqrafiyanın gücü...
Qara rəng praktik olduğu üçün bu rəngə üstünlük verirəm. Bu rəngdə sən daha qamətli, səliqəli görünürsən. Asiyalılar bunu 1000 il bundan əvvəl bilib...
Mənim kompyuterim də yoxdur, mobil telefonum da yoxdur, hətta qol saatım da yoxdur...
Karib böhranı baş verərkən avtomobildə qızla əyləşmişdim. Biz radioda xəbərlərə qulaq asırdıq və sanki dünyanın sonunu yaşadığımızı hiss edirdik. Bombaların səsindən hər şey gerçək görünürdü. O zaman mənim 18 yaşım vardı...
Bir gün psixiatrın yanına getmişdim. Lakin o, o qədər qəribə idi ki, dərhal otağı tərk etmək qərarına gəldim. Çünki məni qəbul etdiyi evin mətbəxində səliqəsizlik hökm sürürdü. Yuyulmamış qablar, atılmamış zibillər... Ona dedim ki, əgər sən öz mətbəxini nizama sala bilmirsənsə, onda mənim həyatımı necə nizama sala biləcəksən?..
Mənim sevimli məşğuliyyətim evdə oturub obrazım üçün məşq etməkdir. Mən aktyoram, mənim hobbim və uşaqlarım yoxdur, özüm isə səyahət etməyi sevmirəm...
Çəkiliş zamanı çox zaman belə bir kələk gəlirəm. Qrim ustası mənim üzərimdə işləyərkən üzümü turşuduram, qəmli görünürəm. Qrim ustası gec-tez soruşur: “Nə olub?”. Mən deyirəm: “Hər şey yaxşıdır”. O, yenə də soruşur: “Axı niyə bu gün kefiniz yoxdur?”. Və mən cavab verirəm: “Bu gün ad günümdür və bu günü tortsuz tənhalıqda keçirəcəyim üçün qəmliyəm”. Sonra isə sözlərimə əlavə edirəm: “Lakin bu haqda heç kimə deməyin!”. Günortaya yaxın hamı xəbərdar olur və nahara dadlı bir tort yeyirik”...
Tərcümə: Nərmin
-
Sosial15:32
Əli Kərimliyə bu cəza verildi
-
Maraq dünyası14:56
Bu 3 bürc 2024 bitmədən varlanacaq - Pul sel kimi gələcək
-
Nida Xəbər 13:56
Azərbaycanla sülh müqaviləsinin mətni gizlədilir: Ara qarışdı - İrəvanda nə BAŞ VERİR?
-
İdman13:24
Ulduz futbolçu yenə eşqə düşüb: Bu dəfə onu yoldan çıxaran kimdir? - FOTOLAR
-
Sosial12:28
Sabah yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - PROQNOZ
-
Yaxın Şərq11:36
Rusiya-Türkiyə müharibəsi başlayır: Qərbdən ŞOK İDDİA
-
MDB11:24
Putinin hamıdan gizlətdiyi qaranlıq sirri üzə çıxdı: bu ölkədə saxlanır - FOTOLAR
-
Yaxın Şərq10:54
Bəşər Əsəd çıxılmaz vəziyyətdə: Türkiyə ilə təmas axtarmağa başladı