Layihə
Sevgidən yarımayan yazıçı
Rus ədəbiyyatında ən kədərli sevgi yaşamış yazıçı Aleksandr Nikolayeviç Ostrovski olub. Onun Aqafya İvanovna adlı ilk xanımı taleyinin keşməkeşli dövrü kimi yadda qalıb.
Burada bir incə məqam var: Ostrovski xanımı Aqafya ilə rəsmi nikahda olmayıb. Məhz buna görə də Aqafyayı yazıçının həyat yoldaşı kimi qələmə vermək düzgün deyil. Lakin onlar nə az, nə çox iyirmi il bir yerdə yaşayıb və dörd uşaqları olub. Aqafyanın sağlığında bu uşaqlardan üçü həlak olub, yalnız biri Aleksey adlı oğlan anasının ölümündən sonra, 27 yaşında vəfat edib.
Yazıçı taleyi
Hələ uşaqlıqdan o, kədərin nə olduğunu bilirdi: səkkiz yaşında anası dünyasını dəyişmişdi. Moskvada tanınmış bir hüquqşünas olan atası altı uşaqla tək başına qalmışdı. Üstəlik bir bəla da onun qarşısını kəsmişdi: əkizlər analarından az sonra həyata gözlərini yummuşdular.
Tanışlıq
Ostrovski 24 yaşında - 1847-ci ildə Aqafya İvanova ilə tanış olur. Onda Ostovski atasının təkidiylə Moskva Universitetinin hüquq fakültəsini bitirmiş, əsgərliyini çəkib qurtarmışdı. Mətbuat səhifələrində də ara sıra məqalaləri dərc olunurdu. Düzdü, atası onun yazmağını istəməsə də, buna əngəl də ola bilmirdi.
Aqafya İvanova Ostrovskinin həmyaşıdı olmaqla bərabər, taleyi də onunkuna bənzəyirdi. Bədbəxt hadisə nəticəsində ailəsini, yaxınlarını itirmiş, on üç yaşlı bacısı ilə tək qalmışdı.
Yazıçının tək ümidi
Onların bir oğlu dünyaya dəlmişdi. Uşağın adını Aleksey qoymuşdular. Çətin günlər başlamışdı. Aleksey tərbiyə müəssisəsinə verilmişdi. Ostrovskinin vəziyyəti heç də ürəkaçan deyildi. Ögey anası ilə atası kilsə nikahına qarşıydılar. Ostrovskini isə bütün bu qarşıqlığın içindən yalnız Aqafyanın sevgisi xilas edə bilərdi. Aqafyanın qayğıkeşliyi, xoş rəftarı, bəlkə də uşaq vaxtı anasını itirməsindən qaynaqlanırdı. Başa düşürdü ki, anasını uşaqlıqdan itirmiş, ögey bir qadının, bir də yaşlanmış atasının ümidinə qalan gəncin ona ehtiyacı var.
Ostrovskinin qadını kim idi?
Ostrovski hər gün dövlət məmuru olan qardaşı Mixail Nikolaeviçə, məktub yazırdı. Yazıçı daim Aqafyadan, özündən bəhs edirdi. Ancaq hələ də onu narahat edən düşüncələrdən qurtula bilmirdi: Aqafyanın ailəsi haqqında qarışıq düşüncələr onu tərk etmirdi.
S.V.Maksimov adlı bir yazıçı Aqafyanı belə təsvir edirdi: “O görünüşcə çox sadə insan idi, zahirən ağıllı, sakit görünürdü. Hamıya qarşı münasibətdə səmimi idi”.
Maksimov daha sonra qeyd edir ki, Aqafya xaraktercə çox insanpərvər, Ostrovskiyə qarşı isə çox səmimi olmaqla yanaşı, həm də ona əsərlərinin ərsəyə gəlməsində də kömək edirdi.
Ostrovkinin digər dostları, tanışları da Aqafyanı təsvir edərkən onun qayğıkeşliyini, qonaqpərvərliyini xüsusiylə vurğulayırdılar. Hətta Lev Tolstoy belə qadın haqqında yazırdı: “O, sadə və əsl həyat yoldaşı idi”.
Bütün bunlara baxmayaraq, Ostrovski kilsə nikahını, hətta atasının ölümündən sonra belə dəyişmədi. Bəs nəyə görə?
Başqa bir qadın...
Tamaşaların birində dramaturqu bir aktrisa cəlb edir. Bu Lyubov Pavlovna idi. Onların tanışlığı da qəfil oldu. Bu qadın da, eynən Aqafya kimi rus mahnılarını məlahətli bir səslə oxuyurdu. “Tufan”ın premyerasında aktrisanın monoloqu yazıçını sarsıtmışdı...
Ancaq çox keçmədi ki, Ostrovski ondan ayrılmalı oldu. Onların arasına başqa biri girmişdi: Sokolov adlı bu tacir aktrisanın pərəstişkarı idi. Necə olmuşdusa, Lyubov da ona vurulmuşdu. Artıq Ostrovskinin aradan çəkilməkdən başqa çarəsi yox idi.
Əzablı anlar
Aqafya İvanovna Ostrovskinin Lyubovla münasibətini bilirdi. Ancaq qadının əzabı yazıçıya olan heyranlığını və sevgisini öldürmədi. Aqafyanın əzabı son həddə çatsa da, o, Ostrovskini tərk etmədi.
Həyat öz axarı ilə davam edirdi. Ostroviski ilə münasibətləri yenicə qaydaya düşürdü ki, ərinin yeni eşq macərası üzə çıxdı. Mariya... Hətta bu qadından Ostrovskinin iki uşağının olduğu da aşkar oldu. Aldığı xəbərdən sarsılan Aqafya yorğan-döşəyə düşdü.
Ona dəfələrlə xəyanət etməsinə baxmayaraq Ostrovski Aqafyayı tək qoymadı. Bir anda olsun onun çarpayısının başından ayrılmadı.
Lakin artıq gec idi: Aqafya gözlərini əbədiyyən yumdu.
Bu yazıçıya sonuncu zərbə olmadı. Bir müddət sonra Lyubov aclıqdan öldü. Yazıçı artıq tək qalmışdı. Sevdiyi, dəyər verdiyi hər iki qadın onu tərk etmişdi...
Aqafyanın ölümündən iki il sonra Ostrovski yeni həyata başladı, Mariya ilə evləndi...
Oğuz Ayvaz
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?