Əlfəcin
“Tanrılar bu qədər ədalətsiz ola bilməzlər...”
“Əlfəcin” layihəsi sizə ötən əsrlərin müdrik hökmdarlarının müxtəlif kitablardan seçdiklərimiz kəlamlarını təqdim edir:
Mariya Leşinskaya, əslən polşalı olan kraliça, XV Lüdovikin həyat yoldaşı:
“Kişi hökmdarların mərhəməti ədaləti bərpa etməkdən ibarətdir. Qadın hökmdarların ədaləti isə mərhəmət göstərməkdir...”
Mariya Antuanetta:
“Əgər ölkəni kral idarə edirsə, tac başa təzyiq edir, kraliça idarə edirsə, tac ürəyə təzyiq edir...”
İngilis kraliçası Viktoriya :
“İnsanların mənim haqda deyil, mənim onlar haqda nə düşünməyim vacibdir...”
Kristina Avqusta, İsveç kraliçası:
“Ölkə rəhbərlərinin tənbəlliyi onları nazirlərindən asılı olmalarına gətirib çıxarır...”
İkinci Yekaterina:
“Mən tərifləyəndə ucadan tərifləyirəm, qınayanda isə asta səslə qınayıram...”
Marqarita Valua - Kraliça Marqo kimi tanınan fransız kraliçası:
“Kübar qadın digərindən özünün etmədiyi hərəkəti gözləməməlidir.
Heç zaman nikahın göylərdə bağlandığını söyləməyin. Tanrılar bu qədər ədalətsiz ola bilməzlər...”
Navarralı Marqarita:
“Kişiləri kişilər formalaşdırmalıdır, qadınları isə qadınlar. Çünki əgər qadınlar kişiləri düzəltməyə başlasalar, mərhəmət hissi bunu etməyə mane olacaq. Kişilər qadınları düzəltməyə başlasalar, buna onların qəddarlığı imkan verməyəcək...”
Britaniya kraliçası, II Yelizaveta:
“Təhlükə mənim işimin yarısıdır.”
Navarralı Marqarita:
“Kim deyir ki, şübhə sevgidir, yanılır.”
Anna Avstriyskaya, Fransa kraliçası:
“Mənim mükafatım taxt-tacımda deyil...”
Ruminiya kraliçası, Mariya:
“Dəb zövqü olmayan qadınlar üçün, etiket isə tərbiyə görməmiş qadınlar üçün mövcuddur...”
“Əgər bir kişi öz övladlarını hədsiz ehtirasla sevirsə, əminliklə söyləmək olar ki, o, ailədə xoşbəxt deyil...
Qadın səxavəti, həqiqətən, böyük olmalıdır, ancaq o yalnız iki nəfərə yetməlidir...”
Mariya Antuanetta:
“Kədər ilk növbədə insana özünün kim olduğunu öyrədir...
Ləyaqəti sona qədər qorumağı bacarmaq lazımdır...”
Avstriyalı imperatriçə, Mariya Tereziya:
“Bizim qadınlıq ləyaqətimiz – sədaqətdir. Əgər qadın öz əlinə idarəetməni də alırsa, o, yumşaq və incə davranmalıdır...”
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?