Əlfəcin
"Qadınların ən çox qorxduğu varlıq qadınlardır..." - FOTOLAR
"Əlfəcin" layihəsi sizə "Amerika faciəsi", "Kerri bacı", "Cenni Herhardt", "Maliyyəçi", "Dahi" və s. möhtəşəm kitabların müəllifi olan məşhur yazıçı Teodor Drayzerin əsərlərindən seçdiyimiz sitatları təqdim edir:
“Sizdə sevmədiyim yeganə xüsusiyyət sizin daimi: “İnsanlar nə deyər?”inizdir. Sizin həyatınızı insanlar qurmur. Mənim həyatım isə onları dünəndən maraqlandırmır. Hər şeydən əvvəl özünüzü düşünün. Həyatınızı özünüz qurmalısınız...” (“Maliyyəçi”)
“- Xoşbəxtlik gözləməyi bacaran insanlara nəsib olur.
- Bəli, əlbəttə, ancaq çalış bütün ömrünü gözləmə zalında
keçirmə...” (“Amerika faciəsi” )
“Aşağıya gedən yolda dayanacaq az olur...” (“Kerri bacı”)
“İnsan arzusu hisslərlə bağlı olduğu məqamda, pullar öz gücünü itirir...” (“Kerri bacı”)
"Bütün canlılar arasında qadınların ən çox qorxduğu varlıq qadınlardır - ən əvvəl, ağıllı və gözəl qadınlar..." (“Titan”)
“İnsan var-dövlətinin yarısını lazımı insanlarla ünsiyyət qurmaq bacarığı təşkil edir...” (“Titan”)
“Kim dərdini qızıl kresloda əyləşərək çəkməz istəməz ki?...” (“Kerri bacı”)
“O, qadınlarda onların özlərinin də qadınlarda ən çox dəyər verdiyi və sevdiyi xüsusiyyəti sevir və dəyərləndirirdi – gözəllik” .
“Axşam Qerstvud evə qayıdanda o, yenə də kefsiz idi və yalnız bir
şeyi arzulayırdı: öyrənmək və qisas almaq...” (“Kerri bacı”)
“Qadınların gözündə yalnız bir şey tərifə layiqdir: o özü.” (“Kerri bacı”)
“Keçmişi geri qaytarmaq olmur. Sınmış fincanı bütöv etmək mümkün deyil. Onu yalnız yapışdırmaq və bütöv adlandırmaq olar, ancaq o, onsuz da, bütöv olmayacaq..” (“Cenni Herhardt”)
“Bir güclü insan həmişə digərinə hörmət edir”. (“Maliyyəçi”)
Hazırladı: Aytən Cavanşir
-
MDB15:28Dollar kəskin bahalaşdı - Nə baş verir?
-
Elm və təhsil15:02Nazir Xankəndidə riyaziyyat dərsi keçdi - Video
-
İdman14:14İtaliya bu qadın hakimdən danışır: Azarkeşlər tələb edirlər ki... - FOTOLAR
-
İqtisadi gündəm14:08Bakı zəmanət verdi: Azərbaycanın bu ölkədə idarə etdiyi liman sanksiyadan qurtuldu
-
Nida Xəbər 13:59Humanitar yük aparan maşınlar sərhədi keçdi - FOTO/VİDEO
-
MDB12:40Rusiya iqtisadiyyatı problemlə üz-üzə - Böhran qaçılmazdır
-
Köşə12:34Açın pərdələri, o gəlir - 153-cü bahar...
-
İdman12:28Futbolda dəhşət: Rəqibinin ayağını sındırdı, kütləvi dava düşdü - FOTO/VİDEO






































