Maddə 586
Yağımız niyə dağ olmur və ya əsl yağı necə tanımalı? - Maddə 586 - YENİ LAYİHƏ
Kərə yağı ən çox istifadə olunan məhsullardandır. Xüsusilə azərbaycanlılar qida rasionunda, mətbəxdə geninə-boluna kərə yağı işlətməyi sevirlər. Çox yəqin, bu səbəbdəndir ki, bazarın işbazları da çoxdur. Hazırda ölkənin dükan və marketlərində 50-dən çox çeşiddə kərə yağı satılır. Bu əmtəələrdən hansının təmiz kərə yağı olmasını müəyyən etməksə alıcı üçün həmişə çətin iş olaraq qalır. Bəs kərə yağının təbii və təmiz olduğunu necə anlamaq olar?
Oxucularımıza bu işdə Publika.az-ın yeni "Maddə 586" layihəsi yardımçı olacaq.
Əsl kərə yağını necə tanımalı?
Ekspertlər deyir ki, inək südündən hazırlanmış təbii yağı ilk növbədə onun qiymətinə əsasən müəyyən etmək olur. Bu yağlar bütün digər əvəzedicilərdən bahadır. Qiymət məsələsində şübhəni aradan qaldırdıqdan sonra isə mağazada yağı yoxlamaq üçün bunlara diqqət edin:
- məhsulun içini açıb baxmağa imkanınız varsa (məsələn, yağ çəki ilə satıldıqda), onun rənginə diqqət edin. Təmiz kərə yağı nə kəskin sarı olmalıdır, nə də kəskin ağ;
- təbii kərə yağı toxunduqda möhkəm olmalıdır;
- inək yağı paketini açdıqda paketə bulaşmır. Həmçinin, də kəsəndə bıçağa yapışmır, bıçaqda qalmır.
Yağın saxta olduğunu ev şəraitində də müəyyən etmək olar:
- əgər təbii yağdırsa, bərabər şəkildə əriyəcək, əgər səthində damcılar əmələ gəlirsə, deməli, marqarindir;
- təbii kərə yağı soyuqdan isti mühitə düşdükdə, əriməyə başlayan (tərkibindəki bitki yağlarına görə) marqarin kimi tezcə yumşalmır.
Həmçinin, kərə yağı soyuducudan çıxarılan kimi parçalanmamalıdır.
- keyfiyyətli qaymaqdan hazırlanan yağ möhkəm və əllə toxunduqda hamar olur.
- kəsildikdə qatlara bölünmür (təbəqələşmir) və parlaq görünür.
- əsl kərə yağı çörəyin üzərinə qalın, vahid, bircinsli qat kimi yaxılır.
Yağla bağlı standart
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, "Kərə yağı" standartı beynəlxalq "Codex" standartı əsasında hazırlanıb və tətbiq edilir. Bu standart birbaşa istehlak üçün nəzərdə tutulmuş kərə yağına aid edilir.
Standarta əsasən, kərə yağı xüsusi olaraq süddən alınmış və ya süd məhsullarından hazırlanmış, əsasən suda -yağ emulsiya tipli formaya malik yağ məhsuludur.
Əsas tərkibi və keyfiyyət göstəriciləri:
3.1. Xammal
a) süd və ya süddən alınmış məhsullar.
3.2. İcazə verilən inqrediyentlər
a) xörək duzu
b) təhlükəsiz laktan turşusunun başlanğıc kulturaları və ya qoxu yaradan bakteriyalar
c) içməli su.
3.3. Tərkibi
a) minimum süd yağının miqdarı - 80% m/m
b) maksimum su miqdarı - 16% m/m
c) maksimum qeyri-yağ tərkibli südün quru maddəsinin miqdarı - 2% m/m
Markalanma
Komitənin məlumatına görə, markalanma zamanı məhsulun adı "Kərə yağı" olmalıdır. "Kərə yağı" adı müvafiq xüsusiyyətlərlə birlikdə 95% yağlılığa malik kərə yağları üçün istifadə edilə bilər. Milli qanunvericiliyə uyğun olaraq kərə yağının duzlu və ya duzsuz olması qeyd edilir.
Rəsmi rəqəmlər kərə yağını az yediyimizi deyir...
Rəsmi rəqəmlər qəbul olunanın əksinə, bizim o qədər də çox kərə yağı istifadə etmədiyimizi göstərir. Belə ki, minimum istehlak səbətinə əmək qabiliyyətli əhali üçün il ərzində adambaşına 7 kq kərə yağı daxildir. Pensiyaçılar üçün bu rəqəm 5,8 kq, uşaqlar üçün (0-15 yaş) 6 kq nəzərdə tutulub.
Müqayisə üçün bildirək ki, Rusiyada minimum istehlak səbətinə əmək qabiliyyətli əhali üçün il ərzində adambaşına 11, pensiyaçılar üçün 10, uşaqlar üçün 5 kq kərə yağı nəzərdə tutulub.
Bu arada nəzərə çatdıraq ki, ötən 15-16 ildə ölkədə kərə yağının istehsalı azalıb. 1988-ci ilin rəsmi statistikasına görə, respublikada 40 min ton təbii kərə yağı istehsal edilirdisə, 2015-ci ilin doqquz ayında cəmi 19734 min ton kərə yağı istehsal olunub. Əgər nəzərə alsaq ki, Sovet dövründə əhalinin sayı 7 milyon nəfər idi, hazırda ölkə əhalisinin sayı 9,6 milyon nəfərdən çoxdur, deməli, kərə yağı istehsalı 2 dəfədən çox azalıb.
İqtisadiyyat şöbəsi
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
MDB12:06İrəvanda nə baş verir? - Su anbarından iranlıların meyiti tapıldı (Video)
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu











.jpg)



















