Qonağım ol
“Qarğaların intiharını görmək istəmirəm” - BEŞMƏRTƏBƏ
Dəyişmək istərdinizmi?
1. İllərin sürətini...
- Hə, müvəqqəti saxlamaq istərdim.
2. Çevrənizi...
- Yox, artıq dəyişmişəm, indi çevrəm çox gözəldi.
3. Adınızı...
- Hə. Sənədlə olmasa da Turkiyədə yasadığım illərdə dəyişmişdim.
4. Yaşınızı...
- Hə, 25 yaşımda qalmaq istərdim.
5. Bədəninizi...
- Hə. Bədənimi və ruhumu sevirəm, amma idmanla daha da yaxşılaşdıra bilərəm.
Görüşməyi arzulardınızmı?
1. Yadplanetlilərlə...
- Yox. Məndən uzaq, Allaha yaxın olsunlar.
2. İlk sevginizlə (ilk sevdiyinizlə)...
- Yox. Keçmis geridə qaldı, irəliyə baxıram.
3. Məhəmməd Füzuli ilə...
- Yox... Düşmənlərim görüşsün.
4. Vanqa nənə ilə...
- Yox. Hər kəs öz nənəsi ilə bu dünyada görüşsə yaxsıdı, rəhmətə gedən nənələrimizə isə "Yasin" oxutduraq.
5. İlk insan olan Adəmlə...
- Yox. Bu barədə ciddi düşünməliyəm...
Darıxırsızmı?
1. Uşaqlığınız üçün...
- Yox. Darıxacağım hadisələri xatırlamıram.
2. Uzaq bir yer üçün...
- Hə. Çox da uzaq olmayan ikinci şəhərim İstanbul üçün.
3. Dünyasını dəyişmiş kimsədən ötrü...
- Hə. Allah bu hissi gec-gec versin.
4. Gələcəyi gözləməkdən...
- Yox. Gələcəyi zaman, tale və çalışqanlığımız gətirəcək.
5. Bəzən səbəbsiz...
- Hə, çox olur...
Oxuya bilirsizmi?
1. Hər gün kitab...
- Yox, vaxt olmur.
2. Hər səhər qəzet...
- Yox, oxuya bilmirəm.
3. Elektron material...
- Hə, özü də çox.
4. Mahnı...
- Yox, qarğaların intiharını görmək istəmirəm.
5. İnsanları üzündən...
- Hə, əlbəttə, Ciyərlərinə qədər.
İnanırsızmı?
1. Sevdiyinizə yüz faiz...
- Hə, amma ruslarin bir sözü var: İnanıram, həm də yoxlayıram.
2. Bəşəriyyətin xoşbəxt gələcəyinə...
- Yox. Məni buna heç kim inandıra bilməz.
3. Allaha...
- Hə. Özüm kimi, hətta özümdən çox.
4. İlk dəfə rastlaşdığınız adamın vədlərinə...
- Yox. Qarşımdakının kimliyi və mövqeyindən asılı olaraq dəyişir, amma əsasən yox.
5. "Siz hamıdan yaxşı adamsınız" sözünə...
- Hə, əlbəttə. Əsas odur ki, pis adam olduğuma inanmıram.
Publika.Az
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Region15:50Ermənilər Paşinyana "ailəmiz sizə sitayiş edir" deyən qadını söyürlər
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər















.jpg)









.jpg)










