Yeni 20-lik əskinaslar dövriyyədə - FOTOLAR
Bizi izləyin

Ekopublika.az

Yeni 20-lik əskinaslar dövriyyədə - FOTOLAR

Avropa Mərkəzi Bankı (ECB) yeni 20 avroluq əskinası bu gün dövriyyəyə buraxır.

Publika.az xəbər verir ki, ECB-nin dünənki açıqlamasında yeni əskinasların çərşənbə günü dövriyyəyə buraxılacağı bildirilirdi: "20 avroluq əskinas sabah dövriyyəyə buraxılır. Yeni əskinasın tanınması holoqram zolağının üstündə yer alan və işığa tutulduqda şəffaflaşan innovativ "portret pəncərəsi" texnologiyası sayəsində asan olacaq".

ECB-nin İdarə Heyətinin üzvü və dövlət katibi İv Merş "nağd pul keçmişdə və indi olduğu kimi, əhəmiyyətli ödəmə vasitəsi olmağa davam edəcək. 20 avroluq əskinasın dövriyyəyə buraxılması bunun əyani sübutudur" söyləyib.

Məlumatda o da bildirilir ki, yeni müdafiə tədbirləri nəticəsində bu əskinasları saxtalaşdırmaq çox çətin olacaq.

Yeni 20 avroluq avro banknotları seriyasının üçdə birini təşkil edir.

Əskinaslarda dəyişikliyin 50, 100, 200 və 500 avroluq əskinaslarla davam edəcəyi gözlənilir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm