İlham Əsgərovsuz 2 il
Bizi izləyin

Art

İlham Əsgərovsuz 2 il

Azərbaycanın Xalq artisti İlham Əsgərovun anım günüdür.

Publika.az xəbər verir ki, İlham Əsgərov 1958-ci il iyulun 16-da Masallı rayonunda anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirib. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyoru olub və bu teatrın ən populyar tamaşalarında iştirak edib.

İ.Əsgərov Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri idi.

O, sənətdə fədakar xidmətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2006-cı ildə Xalq artisti fəxri adlarına, üç dəfə Prezident Mükafatına layiq görülüb.

İstedadlı aktyor 2015-ci il sentyabrın 6-da də Bakıda vəfat edib və anadan olduğu Xoşçobanlı kəndində dəfn edilib.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm