Avropa
İŞİD-dən Fransa paytaxtına hücum - 3 ölü, 12 yaralı (YENİLƏNİR)
Treb şəhərində supermarketə hücum nəticəsində ölənlərin sayı 3-ə çatıb.
Şəhərin merinin sözlərinə görə, həlak olanlardan biri supermarketdə işləmiş qəssabdır. İkincisi müştəri, üçüncü qurban isə, ilkin məlumatlara görə, cinayətkar tərəfindən oğurlanmış avtomobilin sərnişinidir.
Ölkənin baş naziri Eduar Filipp Trebdə "ciddi vəziyyət"in yarandığını bildirib. Fransa prezidenti Emmanuel Makron hadisəni terror aktı adlandırıb.
Son məlumatlara görə, Mərakeş mənşəli terrorçu öldürülüb.
***
Şəhərin meri BFM TV-yə açıqlamasında terrorçunun supermarketə hücumu zamanı 2 nəfərin öldüyünü, 12 nəfərin yaralandığını bildirib. Onun sözlərinə görə, bütün girovlar azad edilib.
İŞİD hücuma görə məsuliyyəti öz üzərinə götürüb. "Sky News Arabia”nın xəbərinə görə, İŞİD üzvü daha əvvəl Karkason şəhərində polisləri atəşə açıb, nəticədə 1 polis yaralanıb.
***
Fransanın cənubunda Treb kommunasında “Super U” supermarketində girov götürülmüş insanlar mağazanın binasını tərk etməyi bacarıblar.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda BFMTV telekanalı bildirib.
“Müştərilər çıxıblar. İçəridə onları girov götürən şəxs və jandarmanın zabitlərindən biri var”,- kanalın xəbərində deyilir.
Hadisə yeri mühasirəyə alınıb, polis əməliyyatı davam etdirir. Məlumata görə, ən azı bir nəfər ölüb, 2 nəfər yaralanıb.
***
Fransada supermarketə hücum edən silahlı şəxs bir neçə nəfəri girov götürüb.
Publika.az xəbər verir ki, ölkənin cənub-qərbində baş verən hadisə nəticəsində ilkin məlumata görə, bir nəfər ölüb.
Ölənlərin sayının artacağı istisna edilmir. Silahlı şəxsin İŞİD terror quruplaşmasının üzvü olduğu bildirilib.
Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirib.
Gülxar
-
Nida Xəbər 17:37
AMEA-nın nəzdindəki muzey nazirliyə verildi
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı