• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Tarixə qovuşan qeyri-adi maşınların FOTOLARI

Tarixə qovuşan qeyri-adi maşınların FOTOLARI

Onlar vaxtilə hamının sevimlisi idi. Texnika inkişaf etdikcə sıradan çıxdılar, yerlərini daha təkmilləşmiş modellərə verdilər. Lakin onlar öz ölçüləri ilə bugünkü meqapolis şəraitində daha əlverişli ola bilərdilər.

Trend ötən illərin kiçik ölçülü avtomobillərini təqdim edir.

"BMW Isetta" cibə uyğun idi - avtomobil ideal vəziyyətdə təqribən 20 min avroya başa gəlirdi.

Adətən polislər üçün nəzərdə tutulan bu üçtəkərli maşını 100 min dollara almaq olardı.

"Isetta" Fransada da istehsal olunurdu, lakin sahibkar Pol Vale normal qapısı olan mikrolitrlik avtomobil yaratmaq qərarına gəldi.

Onun "Paul Vallee Chantecler" markası uğursuz olanda isə P.Valenin hər şeyini "Rolls-Royce" və "Ferrari"yə satmaqdan başqa çarəsi qalmadı. "Chantecler" qiyməti 100 min dollar idi.

"Peel P50" avtomobili o qədər kiçikdir ki, onunla hətta "Ford Transit" furqonunun içində manevr etmək olar.

"RM Sothebys"in satış tarixində "P50" 120 750 dollara satılıb. Sonrakı model "Trident"in qiyməti isə 20 min dollar ucuz idi.

"Messerschmitt KR-200" - müharibədən sonrakı dövrün yetirməsi və istənilən avtomobili sürmək arzusunun nəticəsi. Həmin vaxt firmaya aviasiya sifarişləri verilmirdi.

Qatlanan aviasiya fənərli modellər üstü açıqlarla əvəzləndi. Bu modelin qiyməti 103 500 dollar idi.

Müharibədən sonrakı "Fuji Cabin" motorollerə alternativ kimi yaradıldı. Daxildə motosiklet mühərriki və şahmat qaydasında iki oturacağı var.

Cəmi 85 ədəd "Fuji Cabin" buraxıldı. Onlardan biri 126 500 dollara satılmışdı.

Daha bir avtomobil aviasiya sahəsində fəaliyyət göstərən firma tərəfindən istehsal olundu. "Inter 175A Berline" modelinin sükanı həqiqətən də təyyarə şturvalını xatırladırdı.

Avtomobilə əyləşmək eynən qırıcıdakı kimi idi. Qiymət: $161 000

"Glas" öz minik maşınları ilə məşhurdur, lakin "TL-400" furqonları yükgötürmə qabiliyyəti ilə fərqlənirdi. Qiymət: $170 000

Şirkət tamölçülü avtomobil istehsalına başlananadək çiçəklənmə dövrünü yaşadı.

Parisli "Reyonnah" 50-ci illərdə buraxıldı. Bir-birinin arxasında iki oturacağı vardı.

Bu modelin qiyməti 184 min dollar idi.

F.M.R Tg 500 "Tiger" sonrakı illərdə 4 yerlik "Messerşmittlər"in versiyası idi.

Bu maşın 322 min dollara satılırdı - onun hər kiloqramı alıcılara 1073 dollara başa gəlirdi, yəni qara kürüdən də baha.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR