Ağakərimdən xəbər var - Həkim deyib ki...
Bizi izləyin

Magazin1

Ağakərimdən xəbər var - Həkim deyib ki...

Uzun müddətdir yataq xəstəsi olan meyxanaçı Ağakərimin (Kərim Novruzov) yenidən xəstəxana şəraitində müalicəsinə başlanılıb.

Publika.az xəbər verir ki, "Elgizlə izlə" verilişinin dəstəyi ilə ifaçı reabilitasiya mərkəzinə aparılıb.

"Bir günün belə təsiri oldu. Həkim deyib ki, evdə də qoymayın otursun. Tapşırıqlar veriblər, 3 saat otuzdurduq, yuxuladı yatdı" deyə, meyxanaçının oğlu Kamil Kərimoğlu bildirib.

Əlavə olunub ki, sənətçiyə eyni zamanda dərman müalicəsi də ediləcək.

Qeyd edək ki, Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sənətçi üç dəfə insult keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm